Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün "Enabling Qapital"-dan 7 milyon abş dollari vəsait cəlb edib

Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün ®  "Rabitəbank" ASC mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə beynəlxalq investisiya şirkəti "Enabling Qapital" ilə əməkdaşlıq çərçivəsində 7 milyon ABŞ dolları məbləğində maliyyə resursu cəlb edib.
Cəlb olunan vəsaitin əsas məqsədi mikro və KOB seqmentində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə dəstək vermək, onların dayanıqlı inkişafını təşviq etmək, eyni zamanda real sektorun böyüməsinə və iqtisadi aktivliyin güclənməsinə töhfə verməkdir.
Yeni maliyyə resursu çərçivəsində ayrılmış vəsaitin mikro və kiçik biznes subyektlərinin kredit resurslarına çıxış imkanlarını artırması, onların dövriyyə və investisiya ehtiyaclarının qarşılanmasına dəstək verməsi, həmçinin yeni biznes təşəbbüslərinin və məşğulluğun təşviqinə xidmət etməsi nəzərdə tutulur. Cəlb edilmiş vəsait bizneslərin genişlənməsi, istehsal və xidmət imkanlarının artırılması, yeni investisiya layihələrinin reallaşdırılması üçün əlavə imkanlar yaradacaq. Həmçinin cəlb edilmiş vəsaitlər bankın və sahibkarların valyuta risklərindən qorunmasını gücləndirmək məqsədilə, Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunan hedc mexanizmindən istifadə edilməklə sahibkarlara manatla təqdim olunacaq.
İdarə Heyətinin sədri cənab Aydın Hüseynov qeyd edib ki, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi qeyd edilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək, eləcə də məşğulluğun təmin olunmasında onlara dəstək nöqteyi nəzərdən bu müqavilə əhəmiyyət kəsb edir. Xüsusilə qeyd edilməlidir ki, mikro və kiçik sahibkarlığın dəstəklənməsi iqtisadiyyatın inklüziv inkişafı, regionlarda biznes aktivliyinin artması və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, cəlb olunan maliyyə xətti yalnız bank üçün deyil, bütövlükdə real sektor üçün də strateji önəm daşıyan əməkdaşlıq kimi qiymətləndirilir.
FINMA tərəfindən tənzimlənən və İsveçrədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutu "Enabling Qapital" ilə əməkdaşlıq Rabitəbankın xarici investorlar üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda bu əməkdaşlıq bankın dayanıqlı və məsuliyyətli maliyyələşmə prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.
Rabitəbank üçün bu razılaşma beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, xarici resursların real iqtisadiyyata yönləndirilməsi və sahibkarlığın maliyyələşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
FINMA tərəfindən tənzimlənən, İsveçrə mənşəli aparıcı təsir yönümlü aktivlərin idarəedicisi olan "Enabling Qapital" Ltd. investisiyaların maliyyə, sosial, ekoloji və iqtisadi dəyər yaratdığı bir dünyaya töhfə verməyi hədəfləyir. 900 milyon ABŞ dollarından artıq idarə olunan aktivlərə malik şirkət mikro-maliyyə, enerji və təmiz bişirmə həllərinə çıxış, eləcə də inkişaf etməkdə olan bazarların istiqrazları istiqamətində investisiya strategiyaları həyata keçirir. Şirkətin komandası 14 müxtəlif milləti təmsil edən, 21-dən çox dili bilən 65-dən artıq mütəxəssisdən ibarətdir. "Enabling Qapital" investisiyalara məna və dəyər qazandırır. www.enabling.ch / banker.az

Banklar     Tarix: 01 may 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti