"Best Managed Companies Azerbaijan 2026" müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb
"Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin Münsiflər Heyətinin qiymətləndirmə sessiyası başa çatıb. Sessiya çərçivəsində Deloitte və PAŞA Bank təmsilçiləri namizəd şirkətləri Münsiflər Heyətinə təqdim ediblər. Təqdimatlar zamanı iştirakçı şirkətlərin idarəetmə yanaşmaları, strateji baxışları və ümumi biznes fəaliyyətləri ətraflı müzakirə olunub.
Qiymətləndirmə prosesi proqramın dörd əsas meyarı — strategiya, əməliyyatlar, innovasiya və korporativ mədəniyyət üzrə aparılıb. Münsiflər Heyəti namizədləri bu istiqamətlər üzrə hərtərəfli nəzərdən keçirib.
Qeyd edək ki, "Best Managed Companies Azerbaijan" proqramının məqsədi ölkənin qabaqcıl şirkətlərini müəyyənləşdirmək və onların dayanıqlı inkişafını dəstəkləməkdir.
"Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin sponsorları PAŞA Bank və Deloitte Private, tərəfdaşları isə Azərbaycan Biznesinin İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
Bu beynəlxalq müsabiqə Azərbaycanda 2021-ci ildən keçirilir. İndiyədək 50-yə yaxın şirkət iştirak edib, 10-dan çox şirkət isə "Best Managed Companies Azerbaijan" tituluna layiq görülüb. Qaliblər sırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, Azerconnect Group, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfə qalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki il ardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafat laureatı) və Azərsun Holdinq yer alır.


/ banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?