Tender qarantiyasını Yelo İnternet Bankçılıqda tam onlayn əldə et
®Yelo Bank korporativ müştəriləri üçün rəqəmsal xidmətlərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik sayəsində hüquqi şəxs və fərdi sahibkarlar artıq tender qarantiyasını banka gəlmədən, İnternet Bankçılıq platforması üzərindən tam onlayn əldə edə bilərlər.
Artıq bütün proses – müraciətdən sənədin alınmasına qədər – tam rəqəmsallaşdırılıb. Bu da sahibkarları banka gəlmək və ya fiziki növbələrdə vaxt itirmək kimi qayğılardan azad edərək, diqqətlərini yalnız öz biznes layihələrinə yönəltməyə imkan yaradır.
Yeni xidmətin əsas üstünlükləri:
Tam onlayn proses;
Müddət seçimində sərbəstlik;
Sürətli icra və nəticə!
Biznes hesabı olmayan sahibkarlar Yelo İnternet Bankçılıq portalına daxil olaraq cəmi bir neçə dəqiqə ərzində onlayn biznes hesabı aça və öz tender öhdəliklərini təmin edə bilərlər.
Yelo Bank real sektorun ehtiyaclarını dərindən analiz edərək, sahibkarların gündəlik fəaliyyətini sadələşdirən innovativ həllər təqdim etməyə davam edəcək. Daha ətraflı məlumat: .
Kredit məbləğini kredit kalkulyatoru ilə hesabladıqda əlavə suallarınız yaranır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
/ banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?