ABB-nin dəstəyi ilə 1 000 000 ağac əkilir
®ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.
Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış müvafiq "Anlaşma Memorandumu" əsasında təşkil olunub.
Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzində ümumilikdə 1 000 000 ağac əkməkdir.
Aksiya Müşfiqabad qəsəbəsində meşə massivinin salınması məqsədilə ayrılmış sahədə keçirilib. Başlanğıc günündə 1 hektar ərazidə 625 ağac əkilib. Növbəti günlərdə isə ağacəkmə 60 hektar sahədə aparılacaq. Bu il ümumən 37 500 ağac əkiləcək. Müvafiq qurumların, o cümlədən ABB-nin dəstəyi ilə ərazidə damla-sulama sistemi də qurulub.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
Enerji xərclərinizi "Unibank"la azaldın
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Biznes qurmaq üçün nə lazımdır?
Onlayn biznes ideyaları
İKEA şirkətinin tarixi
Shopify-da necə satışa başlamaq olar?
"Coca-Cola" haqqında 5 maraqlı fakt