Ekspert: "Azərbaycanda yeni avtomobillər iyulda bahalaşıb"
Bu ilin iyul ayında Azərbaycanda yeni avtomobillər 2% bahalaşıb, köhnə avtomobillərin qiymətləri isə dəyişməyib.
KONKRET.az bunu Report-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, bahalaşmaya səbəb dünyada logistika xərclərinin artmasıdır.
Bundan başqa, ekspert deyib ki, ötən ay Azərbaycanda avtomobil satışı əvvəlki aya nisbətən bir qədər az olub: "Azalma həm birinci əl, həm də ikinci əl avtomobil bazarında yaşanıb. İyulda həmişəki kimi birinci əl avtomobil bazarında krossover və mini krossoverlər daha çox satılıb. İkinci əl avtomobil bazarında mühərrik həcmi 1 500 kub santimetr civarında olan sedan və heçbek tipli avtomobillərə üstünlük verilib".
"Bu ayın sonuna qədər bazarda aktivlik aşağı olacaq. Gələn aydan aktivlik yüksəlməyə başlayacaq. Bu proses Azərbaycanın avtomobil bazarına xas olan bir haldır. Mövsümlə əlaqədar həmişə belə olur. Eyni zamanda payızdan ölkədə müxtəlif marka avtomobillərin yeni modellərini görə biləcəyik. Xüsusən də mini krossoverlərin daha çox artacağını gözləyə bilərik", – E.Cəfərov əlavə edib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes planı necə yazmaq lazımdır?
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt