Ekspert: "Beynəlxalq taksi şirkətləri ölkə gəlirlərinin xaricə axmasına səbəb olur"

Ekspert: Bu gün taksi daşıyıcılarının 90 %-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyyətini həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, lisenziyaların yerinə gələn fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb qoyulmur. Bu bir tərəfdən bazarda rəqabəti artırır. Digər tərəfdən isə sərnişinlər bu cür daşımaları həyata keçirən sürücülərin təhqirinə məruz qalır. Lakin hazırda sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışı ilə bağlı tədbirlər görmək mümkün olmur. Bu sahə tənzimlənmədiyinə görə, bəzən bu taksi sürücüləri müəyyən edilmiş qiymətdən daha çoxunu tələb edirlər.
Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə qeyd edilib ki, Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da "Fərdi məlumatlar haqqında" qanuna ziddir.
Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev hesab edir ki, bu sahədə keyfiyyəti və xidmət səviyyəsini yüksəltmək üçün taksi fəaliyyəti ilə bağlı qanun çərçivəsində tədbirlər görülməlidir: "Hazırda taksi qiymətləri münasibdir. Ölkədə bu sahədə mövcud olan daşıma qiymətlərini digər ölkələrlə müqayisə etsək görərik ki, qiymətlər münasibdir. Yəni bir yerdən başqa yerə bir manat, iki manat, üç manat aşağı tariflərlə getmək olur. Amma burada keyfiyyət çox aşağıdır. Yəni istər sərnişinlərlə sürücünün davranış münasibəti, həmçinin avtomobillərin texniki vəziyyəti, onların komfortu ilə bağlı vəziyyət bir o qədər ürəkaçan deyil".
Ekspert deyib ki, bucür taksi xidmətləri əsasən məlumat bazası xaricdə olan beynəlxalq şirkətlər tərəfindən təşkil olunur, bu isə ölkədən valyutanın çıxmasına, ölkənin gəlirlərinin xaricə axmasına səbəb olur.
Y. Mustafayev vurğulayıb ki, hazırda artıq taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edirəm ki, bu, həm taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, eyni zamanda, qiymətin artmamasına səbəb olacaq: "Düzdür, bu iki şərtin eyni arada olmağı bir az çətin məsələdir, çünki keyfiyyətlə kəmiyyət bir-birinə tərs mütənasibdir. Keyfiyyət yüksəldikcə kəmiyyət, yəni qiymət demək olar ki, ona mütənasib olaraq artacaq. Taksi fəaliyyəti ilə bağlı qəbul ediləcək qərar yəqin ki, cəmiyyətdə də geniş müzakirə olunacaq. Bu məsələ kifayət qədər ciddi məsələdir, daha çox insana xidmət göstərdiyindən bu qanun layihəsini elə bir şəkildə hazırlamaq lazımdır ki, qeyd etdiyimiz kimi, həm kəmiyyət, yəni qiymət siyasəti, həm də keyfiyyət siyasəti vətəndaşları qane edəcək səviyyədə olsun".

Biznes     Tarix: 25 may 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun