Ekspertlər Rublun kəskin ucuzlaşmasını şərh ediblər

Ekspertlər Rublun kəskin ucuzlaşmasını şərh ediblərEkspertlər Rusiya rublunun kəskin zəifləməsini şərh ediblər.
Marja.az xəbər verir ki, ekspertlərə görə, rublun Moskva birjasında ticarət edilən əsas valyutalar qarşısında kəskin ucuzlaşması ilin sonuna yığılan mənfi təsirlər, o cümlədən sanksiyalar, Rusiya neftinə "tavan" qiymətin tətbiqi, dünya bazarında "qara qızıl"ın qiymətinin düşməsi və nəticədə Rusiyanın ticarət balansının gözlənilən pisləşməsi ilə bağlıdır. 
Dekabrın əvvəlindən rubl artan sürətlə zəifləməyə başlayıb, bazar ertəsi ucuzlaşma güclənib və bir neçə aylıq minimumlar yenilənib. Dollar bir gündə 3,83 rubl bahalaşaraq 68,48 rubla çatıb, bu, mayın 11-dən bəri maksimumdur.
Eyni zamanda, avro 3,51 rubl bahalaşaraq 72,61 rublu görüb, bu da, mayın 11-dən maksimumdur.
Çin yuanı 53 qəpik bahalaşaraq 9,81 rubla çatıb (iyulun 7-dən etibarən maksimum).
Bununla belə, cari valyuta məzənnələri hələ bir il əvvəlkindən nəzərəçarpacaq dərəcədə aşağıdır: dollar 2021-ci ilin dekabrını 74,5 rubl, avro isə 84,5 rubl səviyyəsində başa vurmuşdu.
"Veles Kapital"dan Yuri Kravçenko bildirib ki, rublun dollara və avroya nisbətdə müşahidə olunan zəifləməsi son həftələrin tendensiyasının davamıdır:
"Noyabrın sonundan Rusiya valyutası ciddi sanksiya təzyiqi (Rusiya neftinə "tavan" qiymətin tətbiqi, Avropa İttifaqının sanksiyalarının doqquzuncu paketi), eləcə də noyabrdan neftin dünya qiymətlərinin düşməsinin mənfi təsiri altındadır. Burada onu da əlavə etmək lazımdır ki, bazarlar Rusiya neftinə tavan qiymətin tətbiqinin Rusiyanın ixracına və büdcəsinə təsirini hələ tam qiymətləndirə bilmir və qeyri-müəyyənlik vəziyyəti daha da gərginləşdirir.
Yəqin ki, rublun indiki zəifləməsi sanksiyaların özü ilə deyil, investorların gələn il Rusiya Federasiyasının ixrac valyuta gəlirləri ilə bağlı proqnozlarını yenidən qiymətləndirmələri və bunun müvafiq mənfi təsiri ilə bağlıdır". 
Kravçenko əlavə edib: "Həmçinin, son günlər rublun ucuzlaşmasının intensivləşməsi investorların riskli aktivlərdən çıxması ilə bağlıdır. İstisna etmək olmaz ki, son günlər valyuta alışlarının aktivləşməsinə səbəb ayrı-ayrı əsas bazar oyunçularının əməliyyatlarıdır".
"İlkin olaraq, Rublun zəifləməsi yeni məhdudiyyətlər gözləntiləri və Rusiya neftinə "tavan" qiymət tətbiqi ilə bağlıdır: bu gözləntilər valyutaya tələbi artırıb",- "Alfa Bank"dan Nataliya Orlova şərh edib. "Bundan başqa, ola bilsin ki, bəzi iştirakçılar valyutada uzun mövqelər formalaşdırmağa üstünlük verirlər. Rublun bu həftəni necə keçirəcəyi bazar üçün vacib olacaq. İxracatçılar tərəfindən vergi ödənişləri üçün satılacaq valyuta kütləsi də bazara daxil olmalıdır",- o əlavə edib.

Maliyyə     Tarix: 19 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank