Türkiyədən Suriyaya illər sonra fasiləsiz qaz ixracı reallaşdırılıb
Türkiyədən Suriyaya illər sonra kəsintisiz qaz ixracı reallaşdırılıb.
Biznes.az xəbər verir ki, Suriyaya gündəlik 3,5 milyon kubmetr qaz ixrac edilir.
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Boru Xətləri ilə Neft Daşıma AŞ (BOTAŞ), Kahramanmaraşın Türkoğlu rayonundan Suriyaya uzanan yeni təbii qaz boru xəttini istismara verib. Xətt vasitəsilə hazırda Türkiyədən Suriyaya gündəlik 3,5 milyon kubmetr təbii qaz ixrac olunur.
Nazirlik mənbələrinin məlumatına görə, boru xətti 36 düyüm diametrə və 93 kilometr uzunluğa malikdir. Azərbaycan qazı əvvəlcə Kahramanmaraşa, oradan isə Kilisə çatdırılır. Daha sonra qaz, Türkiyə–Suriya sərhədində, Kilisin Yavuzlu kəndi ərazisində inşa edilən və gündə 6 milyon kubmetr ötürücülük gücünə malik Yavuzlu Ölçmə Stansiyası vasitəsilə Suriyaya nəql edilir.
2 avqustda istifadəyə verilən Türkiyə–Suriya təbii qaz kəməri ilə ixrac edilən qaz Suriyanın müxtəlif bölgələrində, xüsusilə Hələb şəhərində yerləşən elektrik stansiyalarında istifadə olunur. Təkcə Türkiyədən ixrac edilən qaz hesabına həmin stansiyalarda saatda 700 meqavat elektrik enerjisi istehsal etmək mümkündür.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Yavuzlu Ölçmə Stansiyasından gündə 6 milyon kubmetrə qədər təbii qaz nəqlinin mümkün olacağını bildirib. Onun sözlərinə görə, Suriyaya ildə 2 milyard kubmetrə qədər qaz ixrac ediləcək.
Nazir daha əvvəl isə açıqlamasında bildirmişdi:
"İlk mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı təmin ediləcək. Bu qaz hesabına 1 200 meqavat gücündə elektrik stansiyası fəaliyyətə başlayacaq və 5 milyon ev təsərrüfatının elektrik ehtiyacını qarşılayaraq Suriyada həyatın normallaşmasına ciddi töhfə verəcək".

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar
iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi
Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ev şəraitində pul qazanmağın yolları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt