Elektron Tədris Platforması istifadəyə verilib
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ölkəmizdə pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə (PL/TMM) sahəsində çalışanların bilik və məlumatlılıq səviyyəsinin, fəaliyyət səmərəliliyinin və peşəkarlığının artırılması məqsədilə Elektron Tədris platforması hazırlayıb.
Platformada təqdim olunan təlim videoları, əsas etibarilə, nəzarət, hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları, hakimlər, monitorinq iştirakçılarının məsul şəxsləri üçün nəzərdə tutulub. Bununla yanaşı, ali məktəblərdə təhsil alan tələbələr, tədqiqatçılar və müvafiq sahə üzrə bilik əldə etmək istəyən hər kəs təlimlərdən faydalana bilər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bu platforma auditoriyanın öz seçimi əsasında ona uyğun zamanda və məkanda öyrənməyə, habelə öyrəndiklərini qiymətləndirməyə kömək edəcək. Onlayn təlimlərə Maliyyə Monitorinqi Xidmətinin rəsmi saytından (/) keçid almaqla qatılmaq mümkündür.
Təlimlər vasitəsilə siz ayrı-ayrılıqda PL/TMM, PL/TMM metod və vasitələri, risk idarəçiliyi, müvafiq sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və təşkilatlar, onların fəaliyyət prinsipləri və digər əlaqədar mövzularla bağlı zəruri biliklər əldə edə biləcəksiniz.
Təlimçi heyət PL/TMM sahəsində təcrübəli və peşəkar mütəxəssislərdir.
Qeyd edək ki, təlimi uğurla başa vuran iştirakçılar sertifikat əldə edəcək.
E-learning platformasının promo videosu
/ marja.az

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Kriptovalyuta nədir və necə alınır?
Necə Bitcoin almaq olar?