Ən təhlükəsiz messencer hansıdır?

Ən təhlükəsiz messencer hansıdır?Gündəlik həyatda messencerdən istifadənin rahatlığı birbaşa olaraq hər bir konkret tətbiqin təhlükəsizlik sistemindən asılıdır.
Bu barədə Rəqəmsal İqtisadiyyat Liqasının informasiya təhlükəsizliyi üzrə eksperti Andrey Slobodçikov bildirib.
Onun sözlərinə görə ən təhlükəsiz, lakin istifadəçilərə görə çox da rahat olmayan messencerlər "Signal", "Threema", "Wickr Me"dir.
"Bununla belə, hətta ən təhlükəsiz messencerlərdə də sızmalar olur", – deyə o bildirib və misal olaraq cari ilin avqustunda baş vermiş vəziyyəti göstərib. Həmin vaxt "Signal" messencerinə xidmət göstərən şirkətin sındırılması nəticəsində təxminən iki min nömrə və təsdiqləmə kodları sızdırılmışdı.
Mütəxəssis təhlükəsizlik sisteminə görə ən etibarlı messencerin "Viber" olduğunu bildirib.
"İstifadəçilər arasında ən populyar messencerləri nəzərə alsaq, "Viber" və "Telegram" təhlükəsizlik və rahatlıq nisbəti baxımından layiqli səviyyəyə çatır. "Viber" bütün yazışmalarda "başdan-sona" ("end-to-end") şifrələmə funksiyasını və məlumatı şirkətin serverlərinə ötürmədən kontakt əlavə etmək imkanı vasitəsilə təhlükəsizliyi təmin edir. "Telegram" özünəməxsus "MTProto" protokolunu tətbiq edir, ancaq "başdan-sona" şifrələmə üsulu yalnız məxfi çatlar üçün mövcuddur", – deyə ekspert  bildirib.
O əlavə edib ki, "Viber" metaməlumatların qismən şifrələnməsini təmin edir ("WhatsApp" və "Telegram"da bu, təmin edilmir).
"Digər tərəfdən, "Viber" yuxarıda qeyd olunan messencerlərdən əhəmiyyətli dərəcədə daha çox metaməlumatlar toplayır", – deyə Slobodçikov sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Slobodçikov "WhatsApp"ı çoxlu sayda kritik boşluqlarına görə ən təhlükəli messencer adlandırmışdı. / banker.az

Xəbərlər     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes ideyalari rubl mezenne biznes xeberleri valyuta kurslari