Erməni politoloq: "İran Ermənistanla sərhədlərin götürülməsini istəyir"

Erməni politoloq: "İran Ermənistanla sərhədin olmamasını istəyir".
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Aleksandr İskəndəryan "Power Factor" verilişində deyib.
O bildirib ki, Türkiyə-Rusiya və İran-Rusiya münasibətləri Ermənistanla Azərbaycan arasında gedən proseslərə təsir edir. Çünki Rusiya-Qərb əlaqəsi kəsildiyi üçün siyasi məsələlərlə bağlı çətinliklər yaranıb. Əgər şərqdən, yəni Çindən danışırıqsa, Rusiyanın orada problemləri var. Belə çıxır ki, yeganə yol Cənubi Qafqazdan keçən yoldur.
"Rusiya ilə Gürcüstan arasında yol son dərəcə çətindir, Azərbaycandan keçən logistik problemlər var. Bütün bunlar məsələnin qiymətini artırır.
Belə çıxır ki, Rusiya Federasiyasının Qərbə gedən başqa yolları yoxdur və bütün bunlar Rusiya üçün həm iqtisadi, həm də siyasi mənada böyük əhəmiyyət kəsb edir. Bu mənada Rusiyanın diqqəti daha çox ona yönəlib ki, bu yolların açılması ehtimalı daha yüksək ola bilər.
Cənubi Qafqaza kommunikasiya qovşağı kimi daha çox diqqət yetirilə bilər, bu da hələ ki, yoxdur.
Türkiyə ilə İran arasında ziddiyyətlər həmişə mövcuddur və bu maraqların birdən-birə üst-üstə düşəcəyini təsəvvür etmək çətindir. İrana lazım olan son şey Ermənistanla sərhədin olmamasıdır. Bu, ciddi faktordur, lakin ATƏT və digər təşkilatların üzvü olmaması baxımından İranın fəaliyyət imkanları çox məhduddur.
İran heç bir ciddi eskalasiyaya getməyəcək, ona görə də rəqabət davam etsə də, vəziyyət təxminən indiki kimi qalacaq.
Ərdoğanın Yunanıstandan Ermənistana qədər eyni vaxtda 10 kart masasında oynayır. Ərdoğan tarazlığı açıq şəkildə anlayır, ona görə də Suriyada və ya Qarabağda İranla bağlı baş verənlərə bənzər bir şey təsəvvür etmək hələlik mümkün deyil.
Ermənistan və Azərbaycanın ŞƏT-in iclasına dəvət olunmasına gəlincə, bu, bizim regionumuzun Rusiya ilə İran arasında, Çin və Avropa arasında yerləşməsi ilə bağlıdır. Bu, coğrafi maraqları müəyyən edir.
Aydındır ki, çoxlu ziddiyyətlər var. Lakin ŞƏT-ə kifayət qədər ziddiyyətləri olan Hindistan və Pakistan, Hindistan və Çin, Pakistan və İran da daxildir", – deyə ekspert qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az

Xəbərlər     Tarix: 14 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb


iqtisadi xeberler iqtisadiyyat xeberleri bitkoin emlak xeberleri investisiya