Ermənistan Rusiyaya, yoxsa ABŞ-a yaxınlaşmalıdır? - Azərbaycanın maraqları buna nə deyir

Ermənistan Rusiyaya, yoxsa ABŞ-a yaxınlaşmalıdır? - Azərbaycanın maraqları buna nə deyirRusiya Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanmasını niyə istəmir? Moskvanın əsas məqsədi Ermənistanda öncə "Qarabağ erməniləri"ni hakimiyyətə gətirib, daha sonra Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təmin etməkdir.
Başqa ifadə etsək, Rusiya hesab edir ki, sülh müqaviləsi azərbaycanlılarla "Qarabağ erməniləri" arasında bağlanmalıdır. Hətta bu ssenari baş tutsa belə, iki ölkə arasında imzalanan müqavilə etibarlı olmayacaq və münaqişə tarixin arxivinə qovuşmayacaq. Moskva ABŞ-ın dəstəklədiyi Paşinyan hakimiyyətinin Azərbaycanla sülhə imza atmasını özünün gələcək maraqlarına zidd hesab edir.
Ermənistanda cərəyan edən hadisələr Paşinyanın devriləcəyi təqdirdə, Rusiyanın bu ölkədə hakimiyyətə "Qarabağ erməniləri"ni gətirəcəyi ilə bağlı şübhə yeri qalmadığını göstərir. Kreml bu istiqamətdə müəyyən addımlar da atıb, köhnə "Qarabağ klanı"nın vitrinin dəyişdirilməsi üçün siyasi səhnəyə yeni fiqurlar da çəkib. Ruben Vardaryanın Xankəndinə köç etməsi və İrəvanda baş verən son mitinqlər zamanı yeni "persona"nın - Robert Koçaryanın oğlunun önə çəkilməsi Kremlin mümkün ssenarisinin əsas ışartılarıdır.
Heç şübhəsiz ki, Ermənistanda "Qarabağ erməniləri"nin hakimiyyətə gətirilməsi Azərbaycanla Ermənistan arasındakı münaqişənin yenidən alovlanması ilə nəticələnəcək və münaqişə ocağı kimi Qarabağ daim öz aktuallığını saxlayacaq.
Ona görə də Paşinyanla sülh müqaviləsinin imzalanması Azərbaycanın strateji maraqlarına tam cavab verir. ABŞ da indiki situasiyada Cənubi Qafqazda sülhün təmin edilməsini dəstəkləyir.
Digər tərəfdən, Ermənistanın ABŞ-a yaxınlaşması bu ölkənin Azərbaycana qarşı ərazi iddialarını da zərərsizləşdirəcək. Ermənistanın Azərbaycanın torpaqlarını Rusiyanın açıq dəstəyi ilə işğal etmişdi. Rusiyadan qopan İrəvan üçün Azərbaycana qarşı tarixi "erməni xəstəliyi"ni davam etdirmək mümkünsüz olacaq.
Bizim əsas məqsədlərimizdən biri Rusiya və Ermənistan arasındakı gərginliyi daha da artırmaq və İrəvanın ABş-a daha da yaxınlaşmasına ən azı mane olmamaqdır.
Əgər "Qarabağ erməniləri" hakimiyyətə gələcəksə, bu, Ermənistanla Rusiyanın çox ciddi şəkildə yaxınlaşmasını təmin etmiş olacaq və Kreml üçün "erməni kartı"ndan istifadə yenidən aktivləşəcək.
Bəs, biz tarixi necə dəyişməliyik?
1920-ci ildə ağır sosial şərtlər məngəsində məhv olan ermənilərə Qərb dəstək verə bilmədi. Həmin dövrdə fərqli şərtlər var idi, dünya müharibəsi digər ölkələr kimi ABŞ-ın da xeyli güc və resurslar itirməsi ilə nəticələnmişdi. Cənubi Qafqazda yeni konfiqurasiya quran ruslara mane olmaq elə də asan deyildi. Nəticədə Ermənistanı da ruslar ələ keçirdilər və heç bir sərvəti olmayan Ermənistan məhz Azərbaycanın imkanları hesabına dərçəlməyə başladı.
Biz tarixi dəyişdirməsək, yenə də eyni ssenari işlək hala gətiriləcək. Ermənistanla Rusiya yaxınlaşsa, İrəvan Azərbaycan imkanlarından yenidən istifadə edərək dirçələcək və regional layihələrdən faydalanacaq. Ermənistanın bundan sonrakı taleyinə ABŞ-ın güzgü tutması Azərbaycan üçün daha sərfəlidir.
Müəllif: Samir Feyruzov

Xəbərlər     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il


iqtisadi xeberler rubl mezenne biznes krediti online pul qazanmaq telefonla pul qazanmaq