Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, biz bir neçə ay ərzində sülh sazişini imzalaya bilərik

Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, biz bir neçə ay ərzində sülh sazişini imzalaya bilərik"Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib.
Dövlət başçısı deyib: "Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi".
Prezident qeyd edib ki, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq:
"Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib".

Xəbərlər     Tarix: 03 sentyabr 2022

Oxşar xəbərlər

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib

Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c

Çin Yaponiyaya iqtisadi təzyiqi artırır

Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış


iqtisadi xeberler bu gunun xeberleri bitcoin dollarin kursu bu gun bitkoin