Ermənistandan Azərbaycana ixracı mümkün olan mallar açıqlanıb
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb.
Nazir bunu "Factor.am"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı və İrəvan Ermənistandan Azərbaycana alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden, tekstil və digər məhsulların tədarükü imkanları barədə danışıqlar aparır.
"Eyni zamanda, müəyyən malların idxalında maraqlı olan Azərbaycan şirkətləri də var. Azərbaycan tərəfi onları maraqlandıran konkret malların siyahısını təqdim edib, biz ixrac edə biləcəyimiz miqdar haqqında məlumat göndərmişik. Bizim siyahımıza qızılgüllər, istixana məhsulları: pomidor, bibər daxildir. Biz təxmini qiymət təklif etmişik", – Papoyan deyib.
Bununla belə, o, tədarükün başlama vaxtını açıqlamayıb.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan edib. / banker.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Biznes plan necə yazılır?
ZARA-nın uğur hekayəsi
Marketinq nə demədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Green Card nədir və onu necə əldə etmək olar?