Ermənistanın işğal dövründə Qarabağda qanunsuz məskunlaşma aparması hərbi cinayət idi

Ermənistanın işğal dövründə Qarabağda qanunsuz məskunlaşma aparması hərbi cinayət idiPrezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə dövlətimizin başçısının Qarabağ bölgəsinin mövcud geosiyasi reallıqla bağlı dərin təhlili Vətən savaşından sonra düşüncəmdə hakim kəsilən bir məqamı xatırlatdı.   Belə ki, Vətən müharibəsində ordumuzun şücaəti ilə şəhər və kəndlərimiz işğaldan bir-bir azad ediləndə həmin ərazilərdə düşmənin vandal əməlləri bütün dəhşətləri ilə ürək ağrıtdıqca Yer üzündə bu qədər vəhşi, dağıdıcı bir millət olmadığını bir daha qətiləşdirdim. Amma həm də xalqımızın öz qurucu, yaradıcı lideri İlham Əliyevin rəhbərliyi ilə bu yaşayış sahələrinin qısa zaman ərzində yenidən bərpasına nail olcağına əmin idim.         
İkinci Qarabağ savaşından ötən iki ilə yaxın bir müddətdə düşməndən təmizlənən ərazilərdə gerçəkləşdirilən genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələrinin uğurla icrası indi Azərbaycanı bütün dünyaya güclü-qüdrətli dövlət, insanlarımızı isə qurucu xalq kimi  tanıdır.  Ermənistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yolun cəmi bir il ərzində inşa edilməsi də bunun bariz ifadəsidir.  
Yeri gəlmişkən, bu yeni yolla bağlı cənab Prezident İlham Əliyev sözügedən müsahibəsində 10 noyabr 2020-ci il tarixli Bəyannamədə həmin magistralın üç il ərzində çəkiləcəyinin planlaşdırıldığının öz ifadəsini tapdığını və bu bəndin kapitulyasiya aktında gerçəkləşdirən tərəfindən də məhz Azərbaycan olduğunu xatırladıb. "Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı",-deyə dövlətimizin başçısı qeyd edib.  
Ölkə rəhbəri fikirlərinin davamında Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması zəruriliyini də diqqətə çatdırıb. Dövlət başçısı onların o ərazilərdə  yaşamalarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qaydaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: "İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır".
Bəli, artıq ermənilər azərbaycanlılara məxsus həmin yaşayış sahələrindən çıxarılır. Amma bu prosesdə də əvvəllər olduğu kimi, yenə də vəhşiliklərini, barbarlıqlarını nümayiş etdirirlər. Evləri, meşələri yandırır, hətta öz doğmalarının qəbirlərini dağıdıb cəsədləri özləri ilə aparırlar. Belə bir hal bu millətin sağalmaz xəstə təxəyyülə malik olduğunu bir daha təsdiqləyir. Bunu özləri də etiraf edirlər. Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Ağababyan mətbuata açıqlamasında deyir: "Ermənilər 26 il Qarabağı dağıtdı, amma Bakı 20 ay içində bu dağıntılar üzərində şəhərlər, kommunikasiyalar, yüksək səviyyəli yollar, körpülər tikə bildi".
A.Ağababyan daha sonra erməni xalqının Qarabağı sevməməkdə ittiham edir: "Bilirsiz niyə belə oldu? Çünki biz bu torpaqları sevmirik, azərbaycanlılar isə sevir və bunu sübut edir. Şuşada möhtəşəm körpü inşa olunub, ikincisi isə yaxın vaxtlarda tikiləcək. Şuşaya gedən yolda isə elə bağ salınır ki, onu hətta kosmosdan da görmək mümkün olacaq. Bütün bunlar 20-21 aya olunub. Biz isə 26 il ərzində Qarabağda yaşayan erməni əhalisi üçün strateji və həyati əhəmiyyətli 80 kilometrlik yolu inşa edə bilməmişik".
Beləliklə, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinin tamamlanması daim özlərini məzlum göstərən ermənilərin "doğma yurdlarından" qovulması harayı ilə müşayiət olunur. Yəni köhnə, sülhməramlıların məsuliyyət zonasında yerləşən yolun ətrafında yerləşən adları çəkilən kəndlərin sakinləri tərəfindən yalan, heç bir əndazəyə sığmayan iddialar–guya onlar üçün dogma olan bu yerlərdən "didərgin" salınması kimi ədalətsiz fikirlər səsləndirilir. Amma onlardan bura haradan gəldiklərini, nə üçün məskunlaşdırıldıqlarını soruşan belə tapılmır. Əslində, bunu özləri də, Ermənistan rəhbərliyi də, nəhayət, havadarları da yaxşı bilirlər. 
Şübhəsiz ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanın ərazilərini işğal edən, torpaqlarını talayan, sərvətlərini Ermənistana daşıyan, Qarabağ bölgəsində etnik təmizləmə siyasəti aparan işğalçı ölkədə  yaxşı bilirlər ki, həmin kəndlərdən indi köçürülmələrinə başlanılan ermənilər qeyri-qanuni məskunlaşmanın qurbanlarıdır.   
Qeyd edim ki, Azərbaycan rəhbərliyi tərəfindən 30 il ərzində beynəlxalq qurumlara Ermənistanın qanunsuz köçürülmələri ilə bağlı dəfələrlə  müraciətlər edilib və bu müraciətlər cavabsız qalıb.
Sevinc Abdullayeva,
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədr müavini

Xəbərlər     Tarix: 17 avqust 2022

Oxşar xəbərlər

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq telefonla pul qazanmaq pul qazanmaq