Ət bir az da bahalaşa bilər

Ət bir az da bahalaşa bilərƏsas səbəb heyvan yemlərinin qiymətinin sürətlə artmasıdır/
Son günlər ölkəmizdə çörəyin, yumurtanın və quzu ətinin qiymətində baş verən artımın ardınca Azərbaycanda heyvan yemlərinin qiymətinin bahalaşdığı xəbərləri yayıldı. Ətin son bahalaşmasının (50 qəpik, 1 manat arası) əsas səbəbi kimi heyvan yemlərinin qiymətlərinin artması göstərilir. 1 kiloqram sümüklü dana əti 12 manata satılır. Sümüksüz dana əti isə 15 manat olub.
Satıcılar deyirlər ki, rayonlarda danalar bahalaşdığı üçün ətin qiyməti də qalxıb. Onların sözlərinə görə, yay fəslində mal qıtlığı var, amma ola bilər payızda qiymətlər aşağı düşsün. Buğda, arpa, kəpək, yonca, saman, qarğıdalı kimi iri və xırdabuynuzlu heyvanların yemlənməsi üçün istifadə olunan bu yemlərin qiyməti son vaxtlar 50 faizdən çox artıb. Bahalaşma son bir il ərzində pik həddə çatıb. Satıcılar  onu da deyir ki, mal-qara üçün daha çox yonca, kəpək və saman alınır. Bunların da qiymətlərində 40 faizə qədər bahalanma var. Yem qiymətlərinin bu qədər artması heyvandarlıqla məşğul olanların sayına da təsir edib. Satıcılar alıcıların sayının az qala yarıbayarı azaldığını deyir.
Digər yemlərdən qarğıdalının qiyməti 60 qəpikdən 85 qəpiyə, samanın qiyməti 2 manatdan 2 manat 50 qəpiyə, arpanın qiyməti isə 30 qəpikdən 50 qəpiyə qalxıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 391,0 milyon manat təşkil edib. Onun da 2 milyard 911,5 milyon manatı heyvandarlıq, 3 milyard 479,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,7 faiz, bitkiçilik məhsulları istehsalı 3,4 faiz yüksəlib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, süd istehsalı 1,7 faiz artaraq 1 milyon 284,4 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd, yun istehsalı 1,7 faiz azalaraq 14,8 min ton olub. 2022-ci il iyul ayının 1-i vəziyyətinə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 654 min 474 baş olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 2 milyon 663 min 658 baş olmuşdu. Beləliklə, ölkəmizdə bu il ötən ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 0,3 faiz azalıb.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 20,1 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 33,9 milyon dollar olub. 2021-ci ilin eyni dövründə dəyəri 31,8 milyon dollar olmaqla 18,3 min ton ət idxal edilmişdi.
Heyvan yemləri də bu sürətlə bahalaşırsa, payızda ət və ət məhsullarında yeni qiymət artımına gətirə bilərmi?
İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı "Yeni Müsavat"a bunları şərh edib: "Heyvan yemlərinin əksər hissəsi, ət və ət məhsullarının bir qismi xaricdən idxal olunur. Azərbaycan əhalisinin 2021-ci ildə ümumi ət istehlakı 349.000 ton təşkil edib. 2021-ci ildə ölkəmizdə ümumilikdə 317,1 min ton ət istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatlarına inansaq Azərbaycan özünün ət və ət məhsullarına olan tələbatının 85%-ni ödəyir. Ancaq xaricdən diri gətirilərək satılan heyvanları da hesaba qatsaq bu statistik göstərici özünü doğrultmaya bilər.  Ölkəmizdə daha çox qırmızı ət istehlak olunur ki, 2019-cu ildə 28.092,0 min ABŞ dolları dəyərində 8.810,5 ton, 2020-ci ildə 36.718,8 min ABŞ dolları dəyərində 9.769,1 ton iri buynuzlu heyvan əti idxal olunub.
Öncəliklə onu qeyd edim ki, ət və ət məhsullarının qiymətinin artmasının başlıca səbəbi topdansatış qiymətlərinin yüksək olmasıdır. Otun və yemin qiymətinin bahalaşması da təbii ki, ətin qiymətinə təsir edən digər amildir. 2021-ci ilin yanvar-iyun aylarında ölkəmizə ümumilikdə 31,8 milyon dollar dəyərində 18,3 min ton ət idxal edilib. Bu ilin eyni dövründə isə 33,9 milyon dollar dəyərində 20,1 min ton ət idxal olunub. Keçən il idxal olunan ətin 1 kiloqramının qiyməti 1.737 dollar (2.95 manat) təşkil edirdisə, bu il idxal olunan ətin 1 kiloqramının qiyməti 1.686 dollar (2.86 manat) təşkil edib. Göründüyü kimi, keçən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan ətin qiymətində cüzi də olsa ucuzlaşma var. İdxal olunan ətin qiyməti təqribən 3 manata başa gəldiyi halda daxili bazarda nə üçün 14-15 manata satılır? Görünən odur ki, topdansatışla məşğul olan satıcılar ətin qiymətini bilərəkdən süni şəkildə artırırlar. Bu sahədə də inhisarçılıq özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatı il ərzində adambaşı ət normasını 78 kiloqram olaraq müəyyənləşdirib. Azərbaycanda adambaşına düşən ət və ət məhsulları istehlakı 34,9 kilo təşkil edir. Ətin baha olması səbəbindən Azərbaycan əhalisinin ət istehlakı ÜST-nın müəyyən etdiyi normanın yarısı qədərdir".
İqtisadçı Natiq Cəfərli hesab edir ki, payız aylarında ölkədə iri və xırdabuynuzlu heyvanların qiymətləri əsasən dünya bazarlarında gedən proseslərlə bağlı olacaq. Yəni dünya bazarlarında hansı proses olacaqsa, bununla bağlı Azərbaycanda da qiymət dəyişikliyini görəcəyik.
İqtisadçı ekspert Eyyub Kərimli isə deyir ki,  ət və ət məhsullarında, o cümlədən digər ərzaq sektorlarında qiymət artımı müşahidə oluna bilər: "Ümumilikdə bahalaşmalar qaçılmazdır. Ancaq bu halların əhaliyə mənfi təsirini qabaqcadan hesablamaq və tədbir görmək lazımdır. Bu kimi halları kompensasiya etmək üçün dövlətin müəyyən addımları olmalıdır. Hesab edirəm ki, ilk növbədə həssas qrupların, həmçinin təqaüdçülərin və digər müavinət alan şəxslərin gəlirlərinə yenidən baxılması gündəmə gələcək. Digər tərəfdən, ərzaq məhsullarının qiymət artımının qarşısını almaq üçün ölkədə inhisarçılara daha ciddi nəzarət olunmalı, həmçinin rəqabət məcəlləsinin qəbul edilməsi ilə bağlı addımlar atılmalıdır. Bundan əlavə orta bizneslə məşğul olanlara dövlət tərəfindən müəyyən güzəştlər edilməlidir. Bir sözlə biz çalışmalıyıq ki, iş yerləri çoxalsın, insanlar işlə təmin olunsun, özəl şirkətlərin fəaliyyəti daha da genişlənsin və rəqabətlilik təmin edilsin".

Xəbərlər     Tarix: 26 avqust 2022

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler leobank kart bitkoin online pul qazanmaq valyuta kurslari