Ət niyə - BAHALAŞIR?
Ət alan ortayaşlı kişi qəssaba müraciətlə: "A bala, bu ətin qiyməti niyə belə artır" - deyə soruşur. Qəssab gözünü tərəzidən çəkmədən: "Əmican, inanın ki, bu bizdən asılı deyil", - deyir və sonra da əlavə edir ki, biz də zəhməthaqqı kimi bir manat üstünə qoyub satırıq:
Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla - GÖRÜŞ KEÇİRİLDİ
- Hələ onu demirəm ki, maşın tutub, kənd-kənd, oba-oba gəzib heyvan axtarırıq. İstəyirik, ucuz alıb ucuz sataq ki, müştərilər də bizdən narazı qalmasınlar. Bəzən heyvan aldığımız adamlarla yarım saat, bəlkə də daha çox danışmalı, vaxt sərf etməli oluruq. Əvəzində o da deyir ki, yem bahalaşıb, yonca kipinin birini 5-6 manata alıram, üstə gəl buna arpa çəkilmişi verirəm. Hələ zəhmətini çəkməyi, digər xidmətləri, qayğıları demirəm. Görürsən düz deyir.
Apardığımız müşahidələrdən həm də bu qənaətə gəldik ki, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Şəhərdə yaşayaraq kənddən xəbəri olmayanın heyvandarlıq, habelə kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğul olması kəndliyə, məhsul bolluğuna, rəqabətə yalnız ziyan vurur. Həmin şəxslər yaxın adamlarının, qohumlarının adına Dövlət Ehtiyat Fondundan min hektarlarla sahələr alır, külli miqdarda kreditlər götürür, fermalar tikir, xarici ölkələrdən cins mal-qara, çoxlu sayda müxtəlif adda texnikalar alırlar. Bəziləri hətta kənardan mütəxəssislər dəvət edib onlara yüksək maaş verirlər. Təsərrüfatlarında müəyyən qədər işçilər də saxlayırlar. İlk baxışdan bunlar təqdirəlayiqdir. Lakin zaman keçdikcə görürsən bütün bu canfəşanlıq inhisarçılığa, bazarda qiyməti diktə etməyə hesablanıb ki, bunun da xeyrindən çox ziyanı olur.
Salyan rayonunun Kürqaraqaşlı kəndində "Nur Gün" şirkətinin heyvandarlıq kompleksi, Cəlilabad rayonu ərazisindəki "Günəşli" aqroparkı fəaliyyətini dayandırmışdır. Amma həmin təsərrüfatlar fəaliyyət göstərdikləri dövrdə təkcə özlərinə deyil, kəndli fermerlərin öz pay torpaqlarından yüksək məhsul götürmələrinə əngəl törətmişlər. Ələ keçirdikləri min hektarlarla torpaq sahələri çox yox, 15-20 il bundan əvvəl qoyunçuluq üçün örüş olmuşdur. Otlaq sahələrinin kəskin azalması üzündən bir çox fermer qoyunçuluqla, heyvandarlıqla məşğul olmaqdan uzaqlaşmaq məcburiyyətində qalmışdır.
Məlumdur ki, heyvandarlıqda yem bazası mühüm şərtdir. Mal-qaranın sağlam, gümrah olması bilavasitə otlaqdan asılıdır. Belə bir məsəl də var: "İnəyin südü ağzındadır". Bunu ətə də aid etmək olar. Yem problemi isə getdikcə kəskinləşir. Qeyd etdiyimiz və etmədiyimiz səbəblərdən yonca kütləsi kəskin şəkildə azalır. Əslində, fermer onu əkib-becərməkdə maraqlı olmalıdır. Əvvəllər kəndli hasilə gətirdiyi yaşıl yoncanın lazımi qədərini öz mal-qarası üçün tədarük edir, qalanını satırdı. Yəqin çoxlarının yadındadır - çox yox, bir neçə il öncə maşınlar Bakının kəndlərinə, dağlıq rayonlara gecə-gündüz yem daşıyırdı. İndi isə belə bir mənzərə ilə qarşılaşmaq demək olar mümkün deyil. Çünki su qıtlığı yaranandan sonra yonca yetişdirmək imkanı aşağı düşüb. Yonca su tələb edən bitkidir, onu hər biçəndən sonra, yəni ildə ən azı dörd dəfə suvarmaq lazım gəlir.
Kənd təsərrüfatı təbiətlə əlaqədar sahədir. Payız, qış, yaz yağışlı-yağmurlu, qarlı keçəndə payızda əkilən taxılın, çöllərdə ot-alaf torpaqdan baş qaldırıb çıxmasına təbii şərait yaranır, bitkilər yazın günəşi ilə böyüyüb boy atır. Belə halda bolluq yaranır. Həm zəmilər yüksək məhsul verir, həm də mal-qara üçün bol yem əmələ gəlir. Əfsuslar olsun ki, artıq bir neçə ildir yağıntılar da azalmışdır və bu səbəbdən təbii yem bazası yaranmır. Lerik, Yardımlı rayonlarından öz qoyun-keçilərini Biləsuvar və Neftçala rayonlarına qışlamaya gətirən fermerlər bu il mart ayının əvvəllərində yığışıb dağlara qayıtmışlar.
İqlim dəyişikliyi təkcə bizim ölkədə deyil, dünyada gedən prosesdir. Odur ki, heyvandarlıqla məşğul olan fermerlər öz işlərini bunları nəzərə alaraq qurmalıdır. Əlaqədar mərkəzi və yerli icra orqanları isə bu mühüm məsələnin həllində onların yanında olmalıdır. Belə olarsa, əhali də qiyməti gündən-günə bahalaşan ətə kənardan baxıb ah çəkməz. (Azərbaycan qəzeti) / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab
Onlayn biznes ideyaları
Dizaynerlər üçün TOP-5 Freelance sayt