Bank kartlarının istifadəsində harada səhvə yol verərək dələduzların qurbanı oluruq?
İlin əvvəlindən bu günə qədər kart fırıldaqçılığı ilə bağlı rəqəmlər ciddi narahatlıq doğurur.
Mərkəzi Bankın açıqladığı statistikaya görə, 2026-cı ilin birinci rübündə ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının dəyəri 1 milyon 350 min 492 manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,13 dəfə çoxdur.
Mütəxəssislər hesab edirlər ki, artımın əsas səbəblərindən biri vətəndaşların diqqətsiz davranışlarıdır.
İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, bəzi hallarda kart sahibləri şəxsi məlumatlarını üçüncü şəxslərlə bölüşərək özləri risk yaradırlar.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər də bildirirlər ki, son dövrlər sosial şəbəkələr və mesajlaşma tətbiqləri üzərindən yayılan saxta linklər və reklamlar fırıldaqçılıq halları vətəndaşların kartına müdaxilə hallarına səbəb olur. İstifadəçilər linklərə daxil olduqda və şəxsi məlumatlarını qeyd etdikdə kart məlumatları ələ keçirilir.
Eyni zamanda ödəniş kartları ilə ölkəxarici əməliyyatlarda da artım qeydə alınıb. Hesabat dövründə xaricdə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının dəyəri 325 min 335 manat olub. bu isə illik müqayisədə 73 faizdən çox artım deməkdir. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət