Əvvəl Məhsul Sahibi yox idi, nə baş verirdi?

Əvvəl Məhsul Sahibi yox idi, nə baş verirdi?Məhsulun sahibi yoxdursa, qərar kimindir?
Məhsul sahibi – Product Owner (PO) anlayışı hələ formalaşmamış dövrdə məhsul inkişafında qərarların sahibi bəlli deyildi. Layihə rəhbərləri, texniki menecerlər, satış komandası və bəzən hətta rəhbərlik belə məhsula dair fərqli-fərqli istəklərlə çıxış edirdi. Bu isə prioritetlərin qarışmasına, qeyri-müəyyənliyə və ziddiyyətli tapşırıqlara səbəb olurdu.
Məhsulun yönü tez-tez dəyişirdi
Aydın sahiblik olmadıqda məhsulun istiqaməti hər kəsin fikrinə görə dəyişə bilirdi. Komandalar bu gün bir xüsusiyyət üzərində işləyir, sabah isə onun əksini edən başqa bir xüsusiyyətə yönəlirdi.
Müştəri ehtiyacı deyil, daxili intuisiya rəhbər idi
PO rolu olmadan müştərinin səsi çox zaman boğulurdu. Daxili təxminlər və fərziyyələrlə qərarlar verilirdi. İstifadəçi ilə empatiya qurmaq, ehtiyacları anlamaq və data əsasında qərar vermək nadir hallarda baş verirdi. Nəticədə, yaradılan məhsullar real istifadəçinin problemini həll etmirdi.
Texniki komanda strateji qərarlarla yüklənirdi
PO olmadıqda, komandanın strateji qərarlarla bağlı yükü artırdı. Proqramçılar həm texniki, həm də biznes qərarları verməli olurdu. Bu isə onların əsas diqqətini – texniki keyfiyyəti – zəiflədirdi. Həmçinin, biznes dəyəri barədə səhv qərarlar verilməyə başlanırdı.
Prioritetləşdirmə yox idi – hər şey vacib idi
PO prioritetləri təyin etmədikdə, hər kəs öz funksiyasına görə "ən vacib" məsələni önə çəkirdi. Bu isə komandanı paralel tapşırıqlarla yükləyir, fokusun dağılmasına və məhsulun ləng inkişafına səbəb olurdu.
Dəyərləndirmə və geribildirim mexanizmləri zəif idi
PO yoxdursa, məhsulun performansı, istifadəçi rəyi və bazar reaksiyası kimi göstəricilər kənarda qalır. Ölçmək, təhlil etmək və nəticəyə əsaslanmaq yerinə, sadəcə "işin görülməsi" əsas meyar sayılırdı. Bu da davamlı təkmilləşmənin qarşısını alırdı.
Bazarla uyğunlaşma çətin idi
PO rolu bazarın səsini komandaya çatdırmaq üçün körpü rolunu oynayır. Bu rol olmadıqda, bazar dəyişir, amma məhsul olduğu kimi qalır. Çünki komandaya bunu xəbər verən, uyğunlaşmanı yönəldən bir nəfər yoxdur. Beləliklə, məhsul bazardan geri qalır və rəqabət gücünü itirir.
Niyə PO vacibdir?
Bugünkü çevik metodologiyalarda Product Owner təkcə "prioritet təyin edən" deyil, həm də vizyon yaradan, komandanı istiqamətləndirən, istifadəçi ilə empatiya quran, bazarla əlaqəni quran və dəyəri maksimize edən şəxsdir. PO yoxdursa, məhsulun ruhu da yoxdur.
Toğrul Xəlilov, MPay şirkəti, Məhsul sahibi / banker.az

Maraqlı     Tarix: 24 may 2025

Oxşar xəbərlər

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir


iqtisadi xeberler bu gunun xeberleri emlak xeberleri telefonla pul qazanmaq en son xeberler