FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankının (FED) noyabr ayı iclası başa çatıb.
Marja.az xəbər verir ki, FED ardıcıl dördüncü dəfə uçot dərəcəsini artırıb.
FED faiz dərəcəslərini 0,75 bənd də artıraraq 3,75-4% aralığına çatdırıb.
Analitiklər və iqtisadçılar da FED-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyirdilər.
Son faiz artımı ilə FED-in faizi 2007-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib.
İnvestorlar FED-in bu ilin sonu və gələn il üçün gələcək siyasəti ilə bağlı daha çox ipucu əldə etmək üçün 22:30-da başlayacaq mətbuat konfransında Fed sədri Jerome Powell-in çıxışını izləyəcəklər.
FED-in bundan sonra hansı addımlar atacağı ilə bağlı proqnozlar da verilir. Dekabrda FED-in bir az yavaşlayacağı, faizini 0.50 bənd artıracağı gözlənilir. Analitiklərin böyük hissəsi dekabrda FED-in uçot dərəcəsini 4,25-4,50% aralığına yüksəldəcəyini nəzərdə tuturlar.
FED-in press-relizində inflyasiyanı cilovlamaq üçün başlatılan aqressiv sərtləşdirmə prosesinin son mərhələsinə qədəm qoyduğuna dair işarələr var.
ABŞ-da keçirilən ara seçkilər ilə əlaqədar olaraq inflyasiyanın qalıcılığı mühüm mövzu kimi ön plana çıxıb. Respublikaçılar yüksək inflyasiyanı ən mühüm problem kimi təqdim edərək, günahı ABŞ prezidenti Co Bayden və onun partiyasının üzərinə atmağa çalışırlar.
Keçən həftə iki Demokrat senator Fed sədri Paueli faiz dərəcələrini həddən artıq yüksəltməklə "lazımsız problemlər" yaratmamağa çağırmışdı.
Eyni zamanda FED press-relizində, zamanla 2 faizlik inflyasiya hədəfinə qayıtmaq üçün əlavə faiz artımlarına ehtiyac olduğunu qeyd edib.
FED, pul siyasətindəki sərtləşdirmənin iqtisadi aktivliyə və maliyyə vəziyyətinə təsirini nəzərə alacağını da bildirib.
Qərar yekdilliklə qəbul edilib. Fed rəsmiləri inflyasiya ilə mübarizədə qətiyyətli olduqlarına, lakin sərtləşdirmənin mənfi təsirini də gözardı etmədiklərinə diqqət çəkiblər.
FED-in faiz qərarından sonra Dollar ucuzlaşır.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Green Card nədir və onu necə əldə etmək olar?
Fond birjası nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən çox maaş verən şirkətləri
Cash Back nədir?