Fitch neftin orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb
"OPEC+" üzvlərinin may ayından 2023-cü ilin sonuna qədər hasilatı sutkada 1.2 milyon barel azaltmaq qərarı qısa müddətdə neft qiymətlərinə müsbət təsir edəcək.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.
Agentlik qeyd edib ki, Rusiya neftinin ixracı ilə bağlı sanksiyalara və bank böhranının təsirləri ilə bağlı narahatlıqlara baxmayaraq, Brent nefti martın ikinci yarısında 80 dollardan aşağı ticarət edilib. Rusiya nefti və neft məhsulları əsasən Avropadan digər regionlara, xüsusən də Asiyaya yönləndirildiyi üçün sanksiyalar bazarda neft həcmini əhəmiyyətli dərəcədə azaltmayıb. "OPEC+" üzvlərinin hasilatın azaldılması qərarı isə bazarı təəccübləndirib və aprelin 3-də Brent neftinin qiyməti 85 dollara çatıb.
"Fitch" Brent qiymətlərinin 2023-cü ildə orta hesabla 85 ABŞ dolları/barel olacağını, növbəti dövrdə isə azalacağını proqnozlaşdırıb.
"Hasilatın azaldılması ilə bağlı son qərar bizim qiymət gözləntilərimizə dərhal təsir göstərmir. Qısamüddətli dövrdə neft qiymətlərində daha böyük artım olacağına inanırıq", -deyə Agentlik əlavə edib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Start-up nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?