"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
"Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkəti 2024 və 2025-ci illər üzrə Azərbaycanda real ÜDM-in artım proqnozunu ötən rüblə müqayisədə dəyişməz saxlayıb.
FS Azərbaycanın iqtisadi artım proqnozunu yenidən 2024-cü il üzrə 2,6% və 2025-ci il üzrə isə 2,8% müəyyən edib.
Qeyd edilib ki, ölkənin əsas sənayesi karbohidrogenlə bağlıdır. Ona görə də iqtisadi artım proqnozu ilə bağlı risklər müəyyən edilərkən qlobal karbohidrogen qiymətləri əsas götürülür: "2024-cü ilin ilk beş ayında Azərbaycan iqtisadiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% artıb. Bu artımı bir tərəfdən qlobal enerji qiymətlərinin yüksəlməsi, digər tərəfdən isə inflyasiyanın yavaşlaması ilə əlaqələndirə bilərik. Yaxın Şərqdəki gərginlik təbii qaza tələbin güclü qaldığı bir vaxtda xam neft qiymətlərinə yüksələn təzyiq göstərib. Əsas karbohidrogen istehsalçısı və ixracatçısı kimi bu dinamika Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək".
Bununla belə, "Fitch Solutions" bildirib ki, hökumətin apardığı diversifikasiya səylərinə baxmayaraq, ölkə böyümə üçün enerji sektorundan ciddi şəkildə asılıdır: "Karbohidrogen istehsalı 2016-cı ildən 2023-cü ilə qədər ÜDM-in 45,9%-ni və ümumi ixrac gəlirlərinin 92%-ni təşkil edib".
© APA / marja.az
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur