"Fitch Solutions" gələn il üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu açıqlayıb
"Fitch Group"a aid olan "Fitch Solutions" (FS) qarşıdakı 2024-cü il üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb.
FS 2024-cü ildə Azərbaycanda iqtisadi artımın 3.1% olacağını proqnozlaşdırıb.
"Fitch Solutions" 2024-cü il üzrə nominal ÜDM-in 168,6 mlrd. manata, adambaşına düşən ÜDM-in isə 16115 manata çatacağını proqnozlaşdırıb.
"Neft və qaz komandamız orta illik neft qiymətlərinin 2023-cü ildəki 80 dollar/bareldən 2024-cü ildə 83 ABŞ dolları/barelə yüksələcəyini proqnozlaşdırır. Daha yüksək neft qiymətləri və hasilatı 2024-cü ildə daha güclü artıma kömək edəcək, eyni zamanda inflyasiyanın tənzimlənməsi və aşağı uçot dərəcələri ev təsərrüfatları və investorlar üçün şərtləri asanlaşdıracaq. Biz inflyasiyanın 2024-cü ildə orta hesabla 7,5% təşkil edərək 2024-cü ilin sonunda 6,2%-ə enəcəyini gözləyirik. Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin sonuna qədər uçot dərəcəsini 8,25%-ə qədər azaldacağını proqnozlaşdırırıq" - FS-in açıqlamasında əlavə edilib.
APA / marja.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes nədir?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri