Fövqəladə Hallar Nazirliyi dörd rayondakı yanğınla bağlı məlumat yaydı
Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.
Bu barədə azxeber.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.
Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Əlavə məlumat veriləcək.

"Vulkan" ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
Mcdonalds françayzinqi neçiyədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Layihə menecmenti nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?