Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa Aİ ticarət sazişini qəbul etmirFransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb.

Biznes.az xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənbə günü Prezident Emmanuel Makronun sədrliyi ilə keçirilən həftəlik Nazirlər Kabineti iclasından sonra bildirib ki, "Saziş hələ də qəbuledilməzdir. Fransanın mövqeyində heç bir qeyri-müəyyənlik yoxdur". AB və Mercosur ölkələri (Argentina, Braziliya, Paraqvay, Uruqvay) ötən ilin dekabrında 25 il davam edən danışıqlardan sonra Aİ-nın bu günə qədər imzaladığı ən böyük ticarət sazişinə razılıq veriblər. Lakin sazişin qüvvəyə minməsi üçün Avropa Parlamenti və Aİ ölkələrinin ixtisaslı çoxluğunun təsdiqi tələb olunur. Bu isə 27 üzv dövlətdən azı 15-nin və Aİ əhalisinin 65 faizinin dəstəyini nəzərdə tutur.

Brejon bildirib ki, Fransa Avropa sənayesinin "sabitsizləşdirildiyi" hallarda idxalı məhdudlaşdıracaq "mühafizə" mexanizmlərinin tətbiqini və Mercosur məhsullarının Aİ standartlarına uyğunluğunu yoxlayacaq ciddi nəzarət tədbirlərinin həyata keçirilməsini tələb edir. Makron ötən ay Komissiyanın düzgün istiqamətdə addımlar atdığını, lakin bunun yetərli olmadığını vurğulamışdı. Kənd təsərrüfatı naziri Anni Jenəvard isə Fransanın digər üzv dövlətlərlə birlikdə sazişə qarşı "bloklayıcı azlıq" formalaşdıra bilmədiyini açıqlamışdı.

Xəbərlər     Tarix: 20 noyabr 2025

Oxşar xəbərlər

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

"Bu, yeni sosial paketin anonsudur" - Pensiya artımında yeni qayda

Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə


iqtisadi xeberler iqtisadiyyat xeberleri en son xeberler kicik biznes 1000 manatla biznes