Fransa şirkəti Rusiya təyyarələrini yanacaqla təmin etməkdə ittiham olunur
Fransanın "TotalEnergies" şirkəti Rusiya təyyarələri üçün qaz kondensatının tədarükündə ittiham olunur. Bu kondensatdan istehsal olunan yanacaq Rusiya təyyarələrində istifadə edilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qaz kondensatının tədarükü Fransa şirkətinin Rusiyanın "Novatek" şirkəti ilə birgə müəssisədəki payı hesabına həyata keçirilib.
"Global Witness"in hesabatında bildirilib ki, yanacaq "Ternefteqaz" tərəfindən təmin edilən qaz kondensatından istehsal edilib. "TotalEnergies" isə bu şirkətdə 49% paya sahibdir.
Sibirdəki qaz yatağından iki hərbi hava bazasına (Morozovskaya və Malçevo) tədarük zənciri ilə bağlı məlumat əldə edilib. Bu bazaların hər birində çoxməqsədli qırıcılardan ibarət eskadron yerləşir.
Bildirilir ki, bu iki bazadan Ukraynadakı hədəflərə zərbələr endirmək üçün istifadə edilib.
"TotalEnergies" Rusiyada ordunu təmin edə biləcək hər hansı infrastruktura malik olmadığını bildirib. Lakin "Ternefteqaz"dakı payını etiraf edib və şirkətin bütün qaz kondensatının "Novatek"ə tədarük edildiyini qeyd edib.
"Ternefteqaz" hasil etdiyi qaz kondensatını tam həcmdə "Novatek"ə satır.
"TotalEnergies" Rusiyanın Ukraynaya qarşı müharibəsini ən sərt şəkildə pislədiyini bir daha təsdiqləyir", – deyə Fransa şirkətinin bəyanatında bildirilib.//Oxu.az

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Dropshipping nədir?
Dünyanın ən bahalı restoranları
IMEI kod nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt