Fransız nazirin təklifi HİDDƏT DOĞURDU: "Yemək bişir, inflyasiya düşsün"
Son aylarda Fransada inflyasiya 1991-ci ildən bəri ən yüksək həddə çatıb və rekord qırıb.
KONKRET.azxəbər verir ki, ölkənin Ticarət naziri Olivya Qrequarın yüksək inflyasiya ilə mübarizə təklifi bütün Avropada müxalifət qanadında müzakirə və istehza mövzusuna çevrilib. Nazir hazır və dondurulmuş qida məhsullarında inflyasiyasını artırdığını vurğulamaqla təklif edib ki, məktəblərdə yemək dərsləri keçirilsin.
"Hazır və dondurulmuş qida məhsulları almaqdansa, yaxşısı budur mətbəxdən çıxmayın. Təzə tərəvəzlərdən daha ucuz qiymətə qidlara hazırlaya bilərsiniz. Ona görə də bizə hazır yeməklər yerinə ucuz xammaldan qida bişirməyi öyrənməliyik", – deyə o bildirib
Sosialist Partiyası: "Çörək yoxdursa, tort yeyin"
Lakin bu təklif müxalifət partiyalarının böyük reaksiyasına səbəb olub. Müxalifətçi partiyalardan birinin lideri Jan-Lyuk Melenşon sosial media hesabında "İçməli su qıtlığı ilə üzləşəndə şərab dadından həzz alın" və "Çörək yoxdursa, tort yeyin", – deyə ironiyalı status paylaşıb.
Təkliflər mübahisələrə səbəb olub
Yüksək inflyasiya ilə mübarizə və istehlak xərclərinin azaldılması səyləri Fransada mühüm gündəmə çevrilsə də, bu cür təkliflər geniş ictimai müzakirələrə səbəb olub. Nazir Qrequarın yemək dərsləri təklifi istehlakçı vərdişləri və qiymətlərlə bağlı dərin fikir ayrılıqlarını ortaya qoyub.
Ən yüksək səviyyə ilə rekord qırdı
Fransa Dövlət Statistika İnstitutunun paylaşdığı məlumatlara görə, inflyasiya iyun ayında enerji və ərzaq xərclərinin kəskin artması səbəbilə 1991-ci ildən bəri ən yüksək səviyyə olan 6,5 faizə yüksəlib. Ölkədə istehlak qiymətləri indeksi may ayında 5,2 faizdən illik 5,8 faizə yüksəlib.
Natiq Səlim,
KONKRET.az

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Françayzinq nədir və necə olur?
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
Green Card nədir və onu necə əldə etmək olar?