"FTX" kriptobirjasının qurucusunu 115 il həbs cəzası gözləyir
"FTX" kriptobirjasının qurucusu Sem Benkman-Frid ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən səkkiz ittihamın hamısı üzrə təqsirli bilinərsə, onu 115 ilə qədər həbs cəzası gözləyir, Banker.az bu barədə "Vc.ru"ya istinadən xəbər verir.
Xüsusilə, onun müştəriləri və kreditorları aldatması, çirkli pulların yuyulması və seçki kampaniyalarının maliyyələşdirilməsi qanunlarını pozması ittihamı sübut olunarsa.
Federal Təhqiqatlar Bürosu, Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) və Əmtəə Fyuçers Ticarət Komissiyası (CFTC) "Amerika tarixindəki ən böyük maliyyə fırıldaqlarından birini" araşdırmaq üçün gecə-gündüz işləyir, bunu Manhetten prokuroru Damian Uilyams deyib.
Qeyd edək ki, "FTX"in likvidliklə bağlı problemləri 2022-ci ilin noyabrında başlayıb. Böhranı həll etmək üçün, "Financial Times"a görə, Benkman-Frid 6-8 milyard dollar tapmaq üçün "Binance"dakı payını satmaq istəyib.
Bundan sonra kriptobirja iflas etdiyini açıqlayıb. Dekabrın 12-də Sem Benkman-Frid Baham adalarında saxlanılıb. İttihamlar üzrə mümkün ekstradisiya dinləməsi 8 fevral 2023-cü il tarixinə təyin edilib.
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"
Bitkoin ucuzlaşa bilər - Proqnoz
Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08