FTX kriptovalyuta birjası iflas olduğunu elan edib

FTX kriptovalyuta birjası iflas olduğunu elan edibBöyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib.
Bu barədə şirkət tviter səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsini tərk edir və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq.
Sem Benkmen-Frid kriptosənayenin nüfuzlu adamlarından biri, Vaşinqtonda kriptovalyutalar üçün qaydaların formalaşması üçün lobbiçilik edən güclü fiqur hesab olunur. Onun sərvəti son bir həftədə 1 milyard dollardan da aşağı səviyyəyə düşüb.
FTX-nin problemləri noyabrın əvvəlində, "CoinDesk" portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığını elan etməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorların reaksiyası özünü çox gözlətməyib – token sahibləri kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar.
Ümumilikdə, FTX 8 milyard dollar borc alıb və rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilməyib. Bu hadisə 2022-ci ildə sənayedə ən böyük iflas olub. / banker.az

Kriptovalyuta     Tarix: 12 noyabr 2022

Oxşar xəbərlər

"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i

"Bitcoin" bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. Bəzi aktivlər ucuzlaşsa da, bazarın aparıcı kriptovalyutalarının bir qismi bahalaşıb. xəbər verir ki, "CoinMarketCap"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə

"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında satış təzyiqi yenidən güclənib. Son 24 saat ərzində əsas rəqəmsal aktivlərin hamısı ucuzlaşıb, "Bitcoin"in qiyməti isə 76 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap"

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 0,40% bahalaşaraq 77 509,25 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"


iqtisadi xeberler 1000 manatla biznes en son xeberler iqtisadiyyat xeberleri dollar məzənnəsi