Gələn il orbitə çıxarılacağı nəzərdə tutulan "Azərsky 2" ilə bağlı detallar açıqlanıb

Gələn il orbitə çıxarılacağı nəzərdə tutulan "Israel Aerospace Industry" şirkətinin gələn il orbitə çıxaracağı "Azersky-2" – yerin məsafədən müşahidə peyki 200 kiloqram ağırlığa malikdir, 7 il fəaliyyətdə olacaq.
Peyk fəaliyyət göstərmək üçün minimum 5 km hündürlükdə olmalıdır.
Onunla 600 km hündürlükdən uzunluğu 9 km-ə, eni isə 6 km-ə qədər fotolar çəkmək mümkündür.
Bunun üçün istehsal adı "OPTSAT 500" olan mikro peykin aşağısına 50 sm diafraqmalı 2 kamera quraşdırılıb. Peykin məlumat yaddaşı 6 TB müəyyən edilib. Qurğu saniyədə 1 GB ölçüdə material ötürə biləcək.
İsrail şirkətinin peyklə bağlı şərhində deyilir ki, "OPTSAT 500" 40 illik kosmik mükəmməlliyə əsaslanır: "Bu, yüksək keyfiyyətli təsvirlər, geniş əhatə dairəsi və sərfəli paketdə optimal performans təmin edən mikro peykdir. "OPTSAT 500"ün avionikası və faydalı yükləri şirkətin geniş kosmik irsinə, sübut edilmiş kosmik məhsullarına əsaslanır və bu, onu bu günə qədər ən yaxşı kosmik təsvir platformalarından birinə çevirir".
Bununla belə, "Israel Aerospace Industry"dən bildirilib ki, "Azersky-2" ilə bağlı hələ ki, heç nə deyə bilməzlər, qarşıdakı günlərdə rəsmi açıqlama olacaq.
Xatırladaq ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") "Israel Aerospace Industry" arasında Azərbaycanın ikinci yerüstü müşahidə peykinin orbitə buraxılması ilə bağlı müqavilə imzalanıb.
"Azersky 2" Azərbaycanın sayca 4-cü peyki olacaq. Qalan 3 peykdən 2-si "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya peykləri, "Azerky-1" isə yerin məsafədən müşahidə peykidir. / banker.az

Xəbərlər     Tarix: 03 oktyabr 2023

Oxşar xəbərlər

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi biznes krediti valyuta xeberleri