Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMA

Gəncədə İtaliya şirkətilə alman traktorları yığılacaq – XARİCƏ İXRAC EDİLƏCƏK – İMZALANMAGəncə Avtomobil Zavodu (GAZ) İtalyanın SDF qrupu ilə uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi imzalayıb. 
Gündəlik 16 manata traktor! - AZƏRBAYCANDA - FOTO, VİDEO
Zavoddan FED.az-a verilən məlumata görə, Gəncə Avtomobil Zavodu İsteslalat Birliyinin rəhbərliyi Avropada, həm də dünyanın kənd təsərrüfatı bazarında öz keyfiyyəti və davamlılığı, yüksək məhsuldarlıq xüsusiyyətləri ilə seçilən traktorlarların istehsalçısı olan İtaliyanın "SDF Group"unda rəsmi səfərdə olub. 
Birliyin müşahidə şurasının sədri Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Treviglio şəhərində "SDF Group"da texnikalarla, onların keyfiyyəti və yığım şəraiti ilə tanış olub. 
İtalyan şirkətinin rəhbərliyi ilə keçirilən ikitərəfli görüş zamanı uzun müddətli strateji əməkdaşlıq şərtləri müzakirə edilib. 
Söhbət zamanı qeyd olunub ki, SDF qrupun istehsal etdiyi kənd təsərrüfatı texnikalarına Azərbaycanda olan marağı nəzərə alaraq Gəncədə əməkdaşlıq müqaviləsi imzalanıb. 
Müqavilənin şərtlərinə görə Gəncə müəssisəsi DEUTZ-FAHR 4100 W, 6205 g və 115 G AGROFARM modellərinin yığımını həyata keçirəcək. SFD qrupun ofisində bağlanan uzunmüddətli strateji əməkdaşlıq müqaviləsini Gəncə avtomobil zavodu İB-nin müşahidə şürasının sədri Xanlar Fətiyev və İtalyanın SDF qrupunun kommersiya direktoru Alessandro Maritano imzalayıb. 
Müqavilə Gəncə avtomobil zavoduna burada yığılan texnikaların Azərbaycan bazarı ilə yanaşı üçüncü ölkələrə də satmaq hüququ da verəcək:
"Gəncə avtomobil zavodu İB-i artıq uzun müddətdir ki, avtomobillərin və kənd təsərrüfatı texnikalarının yığımı sahəsində yetərincə ixtisaslaşmış müəssisədir. Zavodun həm texniki şəraiti, həm də işçi potensialı istənilən model texnikanın yığımını həyata keçirməyə imkan verir. SDF qrupun müxtəlif modifikasiyalarda olan DEUTZ-FAHR traktorları da hesab edirəm ki, müəssisəmizdə çox yüksək səviyyədə yığılacaq və Azərbaycan bazarında böyük marağa səbəb olacaq. Hələlik ilkin mərhələdə 3 modelin yığılması nəzərdə tutulur. Gələcəkdə bazarın tələbinə uyğun olaraq DEUTZ-FAHR-ın müxtəlif model traktorlarını da yığmağı planlaşdırırıq" deyə Xanlar Fətiyev əlavə edib.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan Gəncə avtomobil zavodu 2007-ci ildən bəri müəssisədə 15 000-ə yaxın müxtəlif modeldə və modifikasiyada traktorlar və digər kənd təsərrüfatı texnikaları yığaraq təhvil verilib. Bu müddətdə zavodda 5000-dən yuxarı müxtəlif markalı və müxtəlif modeldə yük avtomobilləri yığılıb.

Biznes     Tarix: 09 iyun 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun