Gəncədə qeyri-ərzaq malları üzrə pərakəndə ticarət dövriyyəsi azalıb
2025-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən MArja-ya verilən məlumata görə, 2025-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 392,5 milyon manatlıq, o cümlədən 256,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 136,3 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 21,6 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 23,6 faiz azalmşdır.
2025-ci ilin yanvar-mart aylarında istehlak mallarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 36,2 faizi bazar və yarmarkalarda, 40,7 faizi isə fərdi sahibkarlar tərəfindən satılmışdır.
2024-cü ilin yanvar–mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 20,5 faiz, bazar və yarmarkalar üzrə 1,9 dəfə artmış, fərdi sahibkarlar üzrə isə 33,2 faiz azalmışdır.
2025-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında
Gəncə şəhərində 2025-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artaraq 14,7 milyon manat təşkil etmişdir. Dövriyyənin 14,0 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,5 faiz artaraq 126,9 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 38,4 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 30,3 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 17,7 faizi dövlət, 82,3 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Bitcoin necə işləyir?
IBAN nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?