Gəncədə sərnişin və yük daşınması artıb
2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 20,9 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 1,2 milyon ton yük daşınmışdır. 2022-ci ilin yanvar-mart aylarına nisbətən sərnişin daşınması 25,6 faiz, yük daşınması 8,1 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 1,8 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 96,2 faizi əhali tərəfindən istehlak olunmuşdur.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 82,4 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 17,6 faiz təşkil etmişdir. / marja.az
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə