Gəncədə ümumi məhsul buraxılışı 10,1 faiz artıb

Gəncədə ümumi məhsul buraxılışı 10,1 faiz artıb2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsində Marja-ya daxil olmuş məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı (ÜMB) 321,3 milyon manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 10,1 faiz artmış, əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 971,9 manat təşkil etmişdir. 
ÜMB-nin ümumi həcmində istehsal sahələrinin xüsusi çəkisi 59,0 faiz, xidmət sahələrinin xüsusi çəkisi 41,0 faiz təşkil edir. Məhsul və xidmətlərin 74,0 faizi iqtisadiyyatın qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 5,9 faiz artmışdır.  
İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 171,8 milyon manat (53,5 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 0,7 milyon manat (0,2 faiz), tikintidə 17,1 milyon manat (5,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 13,9 milyon manat (4,3 faiz), informasiya və rabitədə 1,8 milyon manat (0,6 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 116,0 milyon manat (36,1 faiz) təşkil etmişdir. 
Məhsul buraxılışının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə sənayedə 9,7 faiz, kənd təsərrüfatında 91,6 faiz, tikintidə 73,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 46,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmirində 1,3 faiz artmış, informasiya və rabitə xidmətlərində 0,7 faiz azalmışdır.
Bütün maliyyə mənbələrinidən əsas kapitala 19 milyon 729,8 min manat məbləğində vəsait yönəldilmiş, vəsaitlərin 17 milyon 50,9 min manatı, yaxud 86,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə şəhər üzrə 330,3 min nəfər, o cümlədən kişilər 161,0 min nəfər, qadınlar 169,3 min  nəfər  təşkil etmişdir.
Gəncədə ümumi məhsul buraxılışı 10,1 faiz artıb/ marja.az

Maliyyə     Tarix: 22 may 2023

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne