Geyim idxalçıları ekspeditor şirkətlərilə əməkdaşlıq edəcək - SAZİŞ

Geyim idxalçıları ekspeditor şirkətlərilə əməkdaşlıq edəcək - SAZİŞPərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. 
Sazişi Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi və Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov imzaladılar. 
FED.az xəbər verir ki, birgə fəaliyyət istiqamətlərini müəyyən edən Sazişin əsas məqsədi, tərəfdaşlığın inkişafı, məlumat və təcrübə mübadiləsi, təchizat zəncirlərinin optimallaşdırılması, saxlanması və paylanması problemlərinin effektiv həllini təmin edən logistika və pərakəndə satış sahəsində müasir rəqəmsal sistemlərin tətbiqi,  logistika və pərakəndə satış sahəsində beynəlxalq təşkilatların, şirkətlərin və ekspertlərin iştirakı ilə konfransların, biznes forumların, seminarların, dəyirmi masaların birgə təşkil olunması, regional və beynəlxalq tədbirlərdə birgə iştirak, maraqlı şirkət və təşkilatlarla peşəkar və işgüzar əlaqələrin genişləndirilməsinə köməklik etməkdən ibarətdir.
İmzalanma mərasimi zamanı Assosiasiya sədrləri üzvlərini narahat edən bir sıra məsələlər və onların həlli istiqmətləri haqqında müzakirələr, hər iki tərəf üçün maraq doğuran təkrar ixrac (reexport) imkanları haqqında fikir mübadiləsi apardılar.  Təkrar ixracın müsbət təsirləri, əsasən də, geyim idxalçıları üçün gətirilən malların həcminin artırılması, nəqliyyat ekspeditor şirkətləri üçün isə, yük daşımalarının artırılması imkanları nəzərə alınmaqla, bundan sonra bu istiqamətdə birgə işlərin görülməsi barədə razılıq əldə olundu.
Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzinin sözlərinə görə, ölkəyə idxal olunan və əlavə dəyər vergisi (ƏDV) hesablanan geyim malları bəzən ixracatçıya geri qaytarılır və assosiasiya üzvlərinin təklifi  həmin mallar üzrə hesablanan  İdxal gömrük rüsumunun kompensasiya olunmasından ibarətdir. Təkrar ixrac əməliyyatlarında Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası üzvlərinin iştirakı isə, logistika fəaliyyəti ilə məşğul olan şirkətlər üçün həm əlavə həcm, həm də, yeni fəaliyyət növü deməkdir. Bununla da, nəqliyyat şirkətləri yük daşımalarının həcmini və istiqamətini genişləndirmək imkanları əldə edə biləcəklər.
"Satılmayan və ixracatçıya geri qaytarılan  mallar üzrə İdxal gömrük rüsumunun hər hansı bir  formada kompensasiya olunması,  sahibkarlıq fəaliyyətinin inkişafına əlavə dəstək kimi qiymətləndirilə bilər", - deyə Fərid Novruzi qeyd edib.", - deyə Fərid Novruzi qeyd edib.
Danışıqların sonunda tərəflər məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) birgə müraciətin edilmədi və məsələnin həlli üçün birgə təkliflər paketinin hazırlanması haqqında razılığa gəldilər.

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək


iqtisadi xeberler emlak xeberleri biznes ideyalari bitkoin rubl mezenne