Gömrük Komitəsinin yeni yol xəritəsi müzakirəyə çıxarılıb
Gömrük orqanlarının gələcək strateji hədəfləri müzakirə olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş gömrük sisteminin inkişaf istiqamətləri üzrə vəzifə və öhdəliklərin düzgün yerinə yetirilməsi, həmçinin müasir çağırışlara cavab verən gömrük modelinin yaradılması, şəffaflıq və məmnunluq səviyyəsinin artırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanması məqsədilə iyulun 22-də DGK daxilində bilikli əməkdaşlardan ibarət işçi qrupu yaradılıb.
İşçi qrupu tərəfindən Dövlət Gömrük Komitəsinin yaxın illər üçün hədəfləri, zəif tərəflərin aradan qaldırılması və inkişafa yönələn tədbirləri müəyyən edən müvafiq konseptual sənəd və yol xəritəsi layihəsi qısa vaxt ərzində hazırlanıb, avqustun 3-də DGK daxilində geniş müzakirəyə təqdim edilib.
Müzakirələr zamanı strateji hədəflərin müəyyən edilməsi üzrə funksional fəaliyyət istiqamətləri və görüləcək işlərin prioritetlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər nəzərə alınmaqla tez bir zamanda sənədin tamamlanması və qəbul edilməsi, konkret işlərin həyata keçirilməsi planlaşdırılıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Kriptovalyuta nədir?