Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar

Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlarVətəndaşların gömrük ödənişlərindən yayınmasının qarşısını almaq üçün təbliğat və maarifləndirmə işləri genişləndirilməlidir.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Gömrüyün sədri: İnsanlar digər xərcləri düşünmür, amma gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar"Əslində, vətəndaşların idxal etdikləri mallara görə ödədikləri vəsait dolayı yolla özlərinə qayıdır. Bu ödənişləri dövlətə xidmət kimi dəyərləndirmək lazımdır. Hər bir vətəndaş gömrük ödənişlərinə məsuliyyətlə və həvəslə yanaşmalıdır", - deyə Ş.Bağırov vurğulayıb.
DGK-nın sədri qeyd edib ki, bəzən insanlar digər şəxsi xərcləri barədə düşünmür, amma gömrük ödənişlərinə yanaşmada tərəddüd edirlər: "Bu səbəbdən maarifləndirmə və təbliğat işlərini daha da gücləndirmək vacibdir. Xaricdən məhsul gətirən vətəndaş anlamalıdır ki, etdiyi ödəniş ümumi rifaha [dövlət, xalq qarşısında] töhfədir. Bu prosesi istəklə həyata keçirmələri digərlərinə də nümunə olacaq. Cəmiyyətin bu məsələyə daha fəal cəlb olunması üzərində ciddi şəkildə düşünürük. Bu baxımdan media çox mühüm rol oynayır".
Ş. Bağırov əlavə edib ki, bəzi hallarda kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyəti ilə bağlı tənqidi fikirlər səslənir: "Lakin bu fikirləri təhlil etdikdə görürük ki, əksər hallarda bu tənqidlər əsaslı deyil. Texniki məsələlərin və normativ qaydaların tam bilinməməsi səbəbindən narazılıqlar yarana bilər. Bu cür halların qarşısını almaq üçün media nümayəndələri ilə daha sıx əməkdaşlıq etməliyik".
© "Report"

Maliyyə     Tarix: 18 aprel 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler dollar manat kursu kripto valyuta mezennesi birbank