"Google Chrome"da YENİ FUNKSİYA
"Google" "Android" platformasında "Chrome" mobil brauzeri üçün yeni funksiyanı – "Bu səhifəni dinləyin" bölməsini təqdim edib.
Məlumata görə, bu seçim istifadəçilərə daxili səs sintezatoru tərəfindən oxunan veb-səhifədən mətnə qulaq asmağa imkan verir.
Bu funksiya vasitəsi ilə mətnlərə qulaq asma zamanı fasilə, oxu sürətini dəyişdirmək, 10 saniyə sürətlə irəli və ya geri çəkmək mümkün olacaq. İstifadəçilər həmçinin səsləndirmənin səsini və dilini seçə bilərlər. Hazırda buraya ingilis, fransız, alman, ərəb, hindi və ispan dilləri daxildir.
"Bu səhifəni dinlə" seçimi tətbiqin əsas menyusunda, "Tərcümə et" bölməsinin düz altında mövcud olacaq. Bu yenilik görmə məhdudiyyəti olan və ya məzmunu oxumaq əvəzinə onu dinləməyə üstünlük verən istifadəçilər üçün brauzerin imkanlarını yaxşılaşdıracaq. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv