"Google Chrome"un pullu versiyası istifadəyə verilib
"Google" şirkəti özünün məşhur "Chrome" brauzerinin "Chrome Enterprise Premium" adlı pullu versiyasını istifadəyə verib. O, biznes istifadəçiləri üçün nəzərdə tutulub və veb-sörfinqin təhlükəsizliyini artırmağa yönəlmiş bir sıra funksiyalar təklif edir.
"Chrome"un ödənişli versiyası ilə pulsuz versiya arasındakı əsas fərq təkmilləşdirilmiş təhlükəsizlik sistemidir. "Chrome Enterprise Premium" məlumat sızmalarını izləyən, zərərli proqramları bloklayan və təhlükəli saytlara girişi məhdudlaşdıran daxili süni intellektə malikdir.
Bundan əlavə, brauzerin pullu versiyası sistem administratorları üçün təkmil funksiyalar və antivirus həlləri ilə inteqrasiyanı təmin edir.
Yeniliyi aylıq abunə ilə əldə etmək mümkündür. Qiyməti ayda 6 dollardır. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd