Gürcüstan Azərbaycana 196,1 milyon dollarlıq avtomobil ixrac etdi
2022-ci ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 196,1 milyon ABŞ dolları dəyərində 20 205 ədəd avtomobil ixrac edib.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 32,8 milyon dollar və ya 20% artıb, sayı isə 4 303 ədəd və ya 17,6% azalıb.
2021-ci ilin 8 ayı ərzində Gürcüstan Azərbaycana 24 508 ədəd avtomobil ixrac edib ki, bunun da ümumi dəyəri 163,3 milyon dolllar təşkil edib.
Statistikaya əsasən, bu il Gürcüstan ümumilikdə 940,3 milyon dollar dəyərində avtomobil idxal edib. Cari ildə qonşu ölkənin avtomobil ixracının ümumi dəyəri isə illik ifadədə 67,3% artaraq 490,9 milyon dolları təşkil edib. Avtomobil ixracının Gürcüstanın ümumi ixracındakı payı 13,7% təşkil edib.
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi