Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyaya çağırış edib

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyaya çağırış edibRusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir və işğal olunmuş Gürcüstan bölgələrdə qeyri-qanuni nəzarətini genişləndirməkdə davam edir.
Bu, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Qeyd olunub ki, Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrində fundamental insan hüquqlarının kobud şəkildə pozulması, etnik ayrı-seçkilikvə yüz minlərlə məcburi köçkün və qaçqının öz evlərinə qayıtmaq hüququnun pozulması Rusiyanın qeyri-qanuni işğalının ağır humanitar yükü olmaqda davam edir.
Vurğulanıb ki, beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatlarının məhdudiyyətsiz çıxışı və beynəlxalq təhlükəsizlikmexanizmlərinin yerlərdə yerləşdirilməsi, habelə missiyanın mandatına baxmayaraq, Aİ-nin monitorinq missiyasınınAbxaziya və Tsxinvali regionlarına daxil olmasına təəssüf ki, işğalçı güc tərəfindən hələ də maneələr törədilir.
"Bu çətin fonda Avropa İnsan Hüquqları Məhkəməsinin 2008-ci il Rusiya-Gürcüstan müharibəsi ilə bağlı 2021-ci il yanvarın 21-də qəbul etdiyi qərarda Rusiya Federasiyasının Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsini/Cənubi Osetiya regionlarını işğal etməsi, və onlara effektiv nəzarəti hüquqi cəhətdən təsdiqlənmiş, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasınagörə məsuliyyətə cəlb edib. 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə ilk hüquqi qiymət verən bu qərar RusiyaFederasiyasının qanunsuz işğal və onun nəticələrinə görə hüquqi məsuliyyətdən yayınmaq üçün uzunmüddətli səylərininnəticəsiz olduğunu göstərir".
Vurğulanıb ki, Gürcüstan Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli siyasətini həyata keçirməkdə davam edir və ölkənininteqrasiyasına və sülh yolu ilə inkişafına, işğal xətti ilə bölünmüş cəmiyyətlər arasında etimadın bərpasına və Avropa sayağı gələcək qurulmasına can atır və bu yolda beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək diplomatik və hüquqi vasitələrdən istifadə edir.
"Gürcüstan beynəlxalq ictimaiyyətin ölkənin suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə minnətdardırvə Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli prosesində beynəlxalq tərəfdaşların töhfəsini yüksək qiymətləndirir. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə beynəlxalq hüququn prinsiplərini pozmaqda davam etdirdiyi və Avropanıntəhlükəsizliyinə zərbə vurduğu bu dövrdə sözügedən dəstək xüsusi əhəmiyyət kəsb edir.
Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstana qarşı qeyri-qanuni və təxribat xarakterli hərəkətləri dayandırmağa, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əsasənAvropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, öz hərbi qüvvələrini geri çəkməyə, Gürcüstan ərazisindənçıxarmağa və işğal olunmuş ərazilərin müstəqilliyin tanınması haqqında qeyri-qanuni qərarı dəyişməyə çağırır.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Gürcüstan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin və qaçqınlarınöz evlərinə qayıtması istiqamətində birgə səyləri yönəltməyə, Gürcüstanda və bütövlüklə regionda sülh və təhlükəsizliyintəmin edilməsi üçün təsirli addımlar atmağa çağırır".

Xəbərlər     Tarix: 07 avqust 2022

Oxşar xəbərlər

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler avtomobil xeberleri dollar məzənnəsi depozit faizleri biznes ideyalari