Hakerlər 2022-ci ildə 3.5 mlrd. dollar dəyərində kriptovalyuta oğurlayıblar

Hakerlər 2022-ci ildə 3.5 mlrd. dollar dəyərində kriptovalyuta oğurlayıblar"Slowmist Hacked" və "Atlas VPN" tədqiqatçılarının fikrincə, 2022-ci ildə hakerlər tərəfindən müxtəlif blokçeyn platformalarından oğurlanan kriptovalyutanın dəyəri 3.5 milyard dollar təşkil edib. Bu məbləğin böyük hissəsi (2 milyard dollar) 92 hücum nəticəsində "Binance Smart Chain" ekosistemindən oğurlanıb.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
NFT seqmentinə gəlincə, burada 57 hücum baş verib və 90 milyon dollar fırıldaqçıların əlinə keçib. Tədqiqatçılar qeyd edirlər ki, "FTX" kriptobirjasının iflası nəticəsində ortaya çıxan itkilər hesablamalar zamanı nəzərə alınmayıb.
Hesabatın müəllifləri bildirirlər ki, kripto bazarında ümumi yavaşlamaya baxmayaraq, keçən il blokçeyn texnologiyalarının geniş yayılması səbəbindən hücumçular çox fəal olublar. 2022-ci ildə bütün bazarda cəmi 301 hadisə baş verib ki, bu da 2021-ci illə müqayisədə 27% artım deməkdir. Bundan əlavə, ötən ilin ikinci yarısında haker hücumlarının sayının nisbətən azalmasına baxmayaraq, onların ümumi sayı il ərzində rekord həddə çatıb.

Kriptovalyuta     Tarix: 11 yanvar 2023

Oxşar xəbərlər

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

Bitcoin dəyər itirdi

Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib. xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də AB

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

Kriptovalyuta məzənnəsi necə analiz olunur?

Kripto qiymətləri bir əmtəənin mübadilə nisbətidir. Bu kripto nisbəti reaksiya ilə hesablana bilən və ya hesablana bilməyən bir çox dəyişənin nəticəsidir. Kripto səhmlərinin qiymətlərinin proqnozlaşdırılmasında iki ənənəv

Təcili: Azərbaycanda qanunsuz bitkoin alveri edən şəxs - BƏƏ-də tutulub Bakıya gətirilib

Oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Trampın bəyanatı kriptovalyutalar

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

Necə Bitcoin almaq olar?

Bitcoin satın almaq və analiz etmək olduqca sadə prosesdir. Dünyanda istər yeni, istərsə də davamlı alıcılarının günbəgün artdığı Bitcoini necə ala bilərik? Gəlin, bu suala cavab tapaq. Kriptovalyutanın alınması zamanı ölk

"Bitcoin"in qiyməti 74 min dollara yaxınlaşır - SON QIYMƏT

Qlobal kriptovalyuta bazarında əsas aktivlər üzrə qiymət artımı müşahidə olunur.  biznes və maliyyə xəbərləri portalı CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, son sutka ərzində bazarın ümumi kapitallaşması 3,30


iqtisadi xeberler dollar kursu investisiya valyuta xeberleri dollar manat kursu