Hakerlər "Poly Network"u ələ keçirərək, 42 mlrd. dollarlıq kriptovalyuta yaradıblar
Müxtəlif növ blokçeynlərin işini birləşdirməyə imkan verən kriptovalyuta platforması "Poly Network" haker hücumuna məruz qalıb. Mövcud məlumatlara görə, fırıldaqçılar onlarla müxtəlif blokçeynlərdə milyardlarla mövcud olmayan kriptovalyuta tokenləri yaradıblar.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Platformaya görə, hadisə Ethereum, BNB Chain, Polygon, Avalanche, Heco, OKX və Metis də daxil olmaqla 10 blokçeyn üzrə 57 kripto aktivə təsir edib. Mesajda hakerlərin nə qədər kriptovalyuta oğurlaya bildiyi göstərilmir.
Ekspertlərin fikrincə, hakerlər təxminən 100 milyon dollar dəyərində BNB və 10 milyard dollar dəyərində BUSD tokenləri yaradıblar. Bundan başqa, "Heco" şəbəkəsində təxminən 100 trilyon Shiba Inu tokeni braxıblar. "Polygon" və "Avalanche" şəbəkələrində də xeyli sayda altkoin buraxılıb. Qeyd olunur ki, hakerlərin pul kisəsinin hansısa məqamında təxminən 42 milyard dollara ekvivalent olan bir sıra kriptovalyuta tokenləri olub, lakin tələbat məhdud olduğundan onların yalnız bir hissəsini satıblar.
Qeyd edək ki, bu, "Poly Network" kriptovalyuta platformasında ilk belə hadisə deyil. 2021-ci ildə bir haker 600 milyon dollar dəyərində kriptovalyuta oğurladı. Lakin sonradan oğurlanmış vəsaitləri geri qaytarmağa razı oldu və hətta "Poly Network"dən mükafat aldı.
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti ucuzlaşıb. "Bitcoin"in qiyməti 74 min dollardan aşağı düşüb. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"i
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin"in qiyməti son 24 saatda 0,87% artaraq 83 510,9
"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51
"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14