Hansı bank əmanətə daha çox faiz verir? - ARAŞDIRMA

Hansı bank əmanətə daha çox faiz verir? - ARAŞDIRMAAzərbaycanda əhalinin banklarda olan əmanətlərində azalma qeydə alınıb. Belə ki, 2023-cü il avqustun ayının 1-ə olan məlumata görə, banklardakı ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.
Banklarda depozit faizlərində də azalma davam edir. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür.
Qeyd edək ki, 1 fevral 2023-cü il tarixindən fiziki şəxslərin banklarda olan əmanətləri vergiyə cəlb olunub.
Xatırladaq ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi.
Hazırda isə fiziki şəxslərin banklardakı əmanətindən əldə etdikləri gəlirdən 10 faiz məbləğində vergi tutulur. Tutaq ki, əmanətçi banka 10 min manat depozit yatırıb. İlin sonunda əmanətin 1000 manat gəliri olub. Gəlirin 100 manatını bank özündə saxlamaqla onu vergi xidmətinə ödəyir.
Ekspertlər deyirlər ki, əmanətlərin vergiyə cəlb olunması onun yatırımına təsir edib. Yəni fiziki şəxslər əvvəlki kimi banklara əmanət yerləşdirməkdə maraqlı deyillər.
Bəs hazırda Azərbaycan bankları əmanətləri hansı faizlə cəlb edirlər? Başqa sözlə, hansı bank əmanətə daha çox faiz verir?
KONKRET.az xəbər verir ki, Modern.az bu suala cavab tapmaq üçün banklardakı faiz dərəcələrini araşdırıb.
Tutaq ki, vətəndaş 10 min manat pulunu əmanət şəklində 1 il müddətində banka qoymaq istəyir. Bu halda onun həmin məbləğə görə aylıq və ya illik gəliri nə qədər olacaq.
Accessbank əmanətçilərdən cəlb etdiyi depozitə illik ortalama 9% ödəniş edir. Əgər əmanət gəliri aylıq ödəniləcəksə 9,5%-lə, ilin sonunda ödəniləcəksə 10%-lə hesablanır.
Turanbank-da da faizləri hər ay və ya müddətin sonunda almaq mümkündür. Burada "Sirlər xəzinəsi" əmanətinin gəliri aylıq götürüldükdə 10%-lə, müddət sonunda isə 10,5%-lə hesablanır.
Yelo Bank "Sabit yelo" əmanətinə görə faizləri belə hesablayır: aylıq ödəniş olduqda 10%, müddətin sonunda 10,5%.
Rabitəbank-da "Universal əmanət"in gəliri aylıq ödənildikdə 10,25%, müddətin sonunda ödənildikdə 10,3%-lə hesablanır.
Unibank-da "Müddətli əmanət" faizlərini hər ay və ya müddətin sonunda almaq mümkündür: hər ay üçün 10%, müddətin sonu 10,5%.
Kapitalbank-da da "Kapital depoziti"nin faizlərini hər ay və ya müddətin sonunda almaq mümkündür: aylıq ödəniş 6%, müddətin sonunda 6,5%.
Bank of Baku-da "Dinamik əmanət"in gəliri hər ay üçün 10%-lə, müddət sonu üçün 10,5%-lə hesablanır.
Azərbaycan Beynəlxalq Bankında əmanət gəliri aylıq ödəndikdə 6%-lə, illik ödəndikdə 6.5%-lə hesablanır.
Azər Tük Bank-da "Klassik əmanət"in faizləri belə ödənir: aylıq 5%, illik 5,5%.
Bank Respublika-da əmanət gəliri bu cür hesablanır: aylıq 9%, müddətin sonu 9,5%.
Xalq Bank-da faizlərin ödənilməsi: aylıq 5,75%, müddətin sonunda 6,25%.
Expressbank-da əmanətin gəliri aylıq götürüldükdə 9%-lə, müddətin sonunda götürüldükdə 9,5%-lə hesablanır.
Muğanbank-da əmanətlərə illik 11% ödəniş edilir. Gəlirin aylıq və ya müddətin sonunda götürülməsinin fərqi yoxdur.
Naxçıvanbank-da "Müddətli əmanət" üçün faizlər belə hesablanır – aylıq 9,5%, müddətin sonu 10%.
Bank BTB-də əmanətlərin gəliri aylıq ödəndikdə 9.75%-lə, müddətin sonunda 10,25%-lə verilir.
Bankavrasiya-da gəlir faziləri belə ödənir: aylıq 7%, müddətin sonunda 8%.
Azərbaycan Sənaye Bankı vətəndaşlardan əmanətləri 5-6%-lə cəlb edir.

Xəbərlər     Tarix: 23 avqust 2023

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind


iqtisadi xeberler pul qazanmaq bitcoin qiymeti internetden pul qazanmaq emlak xeberleri