"Google" yeni Pixel 9 smartfon modellərini təqdim edib – Qiymətlər

"Google" illik təqdimatında yeni məhsul və xidmətlərini təqdim edib, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Qeyd edək ki, şirkət Pixel 9 smartfon modellərini, Pixel Watch 3 ağıllı saatını və Pixel Buds Pro 2 qulaqlıqlarını nümayiş etdirib.
Pixel 9, Pixel 9 Pro и Pixel 9 Pro XL
Xətdə dörd smartfon var: Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold. Pixel 9 və Pixel 9 Pro modellərinin displey ölçüsü 6.3 düym, Pixel 9 Pro XL-in displeyi isə 6.8 düym təşkil edir.
Sadə model 12 GB RAM, 128 və ya 256 GB yaddaş alıb. Pixel 9 dörd rəngdə təqdim edilib: çəhrayı, yaşıl, çini və qara. Pixel 9 modeli iki arxa kamera alıb – 50 MP-lik əsas və 48 MP-lik genişbucaqlı. Qeyd edək ki, smartfonun təchiz olunduğu Actua Pixel displeyi Pixel 8 ilə müqayisədə 35% daha parlaqdır.
"Google"a görə Pixel 9 Pro və Pixel 9 Pro XL yalnız ölçüləri və yükləmə sürəti ilə fərqlənirlər, bütün digər xüsusiyyətlər isə eynidir. Cihazlar üç arxa kamera alıb – 50 MP-lik əsas, 48 MP-lik genişbucaqlı və 48 MP-lik teleobyektiv.
Modellərin operativ yaddaş tutumu 12 GB, daxili yaddaşı isə konfiqurasiyadan asılı olaraq 128 GB, 256 GB, 512 GB və ya 1 TB təşkil edir. Pixel 9 Pro və Pixel 9 Pro XL də dörd rəngdə təqdim edilib – qara, çəhrayı, qəhvəyi və çini.
Qiymətlərə gəldikdə, Pixel 9 – $799, Pixel 9 Pro – $999, Pro XL – $1099 qiymətinə satılacaq. Sentyabrda satışa çıxarılacaq Pixel 9 Pro istisna olmaqla, bütün cihazları artıq öncədən sifariş etmək mümkündür.
Pixel 9 Pro Fold
Smartfonun əsas OLED displeyi 8 düym ölçüsündədir. Operativ yaddaşı 16 GB, daxili yaddaşı isə konfiqurasiyadan asılı olaraq 256 GB və ya 512 GB təşkil edir. Pixel 9 Pro Fold iki rəngdə təqdim edilib – qara və "çini".
Yeniliyin qiyməti $1799 dollar təşkil edəcək, satışlar sentyabrın 4-də başlayacaq. Smartfonu artıq öncədən sifariş etmək mümkündür.
Pixel Watch 3
Cihaz iki fərqli ölçüdə mövcuddur – 41 və 45 mm. Saat tam yükləmə ilə 36 saat işləyir. 41 mm-lik modelin qiyməti $349, 45 mm-lik modelin qiyməti isə $399 təşkil edir.
Pixel Buds Pro 2
Pixel Buds Pro 2 Tensor A1 çipi ilə təchiz edilib – onun sayəsində qulaqlıqlar əvvəlki modeldən daha səmərəlidir. İşləmə müddəti: keys ilə 30 saat, keyssiz isə 8 saat. Aksesuar Gemini süni intellekt texnologiyasını dəstəkləyir.
Qulaqlıqlar həmçinin Gemini Live texnologiyasını alıb, hansı ki sizə süni intellekt ilə ünsiyyət qurmağa imkan verir. Lakin bu funksiya ödənişlidir və ayda $20 təşkil edir. Pixel Buds Pro 2-nin qiyməti $229-dır və dörd rəngdə mövcuddur – "çini", yaşıl, çəhrayı və qəhvəyi.

Xəbərlər     Tarix: 14 avqust 2024

Oxşar xəbərlər

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler biznes qurmaq kripto kicik biznes biznes xeberleri