"Hesab.az"ın aid olduğu şirkət 2 mln. üzərində mənfəət əldə edib

Azərbaycanda onlayn ödəmələr bazarında fəaliyyətdə olan "Hesab.az" platformasının sahibi "QoldenPey" ASC və ya "GoldenPay" 2022-ci ildə 2 mln. 147.5 min manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında qeyd edilir. Hesabat cəmi 4 səhifədən ibarət təqdim edilib.
Hesabata görə, müddət ərzində 11 mln. 155 min manat gəlir əldə edilib, 7 mln. 46 min manat məbləğində isə xidmətin maya dəyəri üçün xərc çəkilib. 2021-ci illə müqayisədə gəlirlər 33%, xərclər isə 34% artıb.
"GoldenPay"in ümumi və inzibati xərcləri də yüksəlib. Ümumi və inzibati xərclər dedikdə, şirkətin icarə, marketinq, işçilər və amortizasiyaya sərf etdiyi xərclər nəzərdə tutulur. Bu xərclər illik müqayisədə 2% artımla 1 mln. 390 min manat təşkil edib.
Beləliklə, onlayn ödəmə şirkətinin xalis mənfəəti 2 mln. 148 min manat təşkil edib. 2021-ci ildə isə şirkətin xalis mənfəəti 1 mln. 411 min manat idi.
Bu mənfəətdən sonra, 1 yanvar 2023-cü il tarixinə olan balansdakı bölüşdürülməmiş mənfəət 1 mln. 891 min manatdan 4  mln. 39 min manata yüksəlib.
Şirkətin 6 mln. 626 min manat cəmi aktivi, 4 mln. 615 min manat cəmi kapitalı (bunun 571 min manatı nizamnamə kapitalı) var, cəmi öhdəlikləri isə 2 mln. 11 min manatdır.
Xatırladaq ki, şirkətin yaradıcısı Fərid İsmayılzadə idi və o, 2021-ci ildə qalan 20%-lik payını da satdığını elan etmişdi. O, bununla da şirkətin müşahidə şurasını tərk etmiş oldu. Yuxarıda qeyd edildiyi kimi, şirkət audit hesabatında 4 səhifəni açıqlayır, cari səhmdarlarının kim olduğu üçün yer ayırmır.

Xəbərlər     Tarix: 26 may 2023

Oxşar xəbərlər

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların


iqtisadi xeberler en son xeberler rubl mezenne depozit faizleri kicik biznes