İlham Əliyev: "Azərbaycan-Küveyt münasibətləri yüksək səviyyədədir"
Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Küveytə səfərini məmnunluqla xatırladıb, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Biznes dairələri arasında münasibətlərin yaradılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev pandemiyadan əvvəl Azərbaycana çoxsaylı küveytli turistin səfər etdiyini diqqətə çatdırdı. Dövlət başçısı bu rəqəmin daha da artacağına əminliyini bildirib.

ADRA-da ticarət şəbəkələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR
"Rabitəbank" 4 nominasiya üzrə "Bankçılıq mükafatları – 2025"in qalibi olub
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"
Azərbaycanda yeni verilmiş kreditlərin faizləri artmaqdadır
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Norveçdən Azərbaycana yatırılan investisiyalar - 34 DƏFƏDƏN ÇOX AZALIB
Unibank 5 nominasiya üzrə qalib olub
Ən çox bankçılıq mükafatını ABB qazandı
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
Biznesə aid ən yaxşı 10 kitab
SWIFT nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət