İlham Əliyev Davosda "Carlsberg Group" şirkətinin prezidenti ilə - GÖRÜŞÜB
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Carlsberg Group" şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşü olub.
FED.az xəbər verir ki, görüşdə "Carlsberg Group" şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edildi. Azərbaycanda aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri qeyd olundu.
Şirkətin Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırdığı, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılmasının isə yaxın vaxtlarda 100 faizə çatdırılacağı bildirildi.
Söhbət zamanı Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlamasının və ölkəmizdə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulandı.
Kes t`Hart Azərbaycanda "Carlsberg Group" şirkətinin fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?