İlham Əliyev dünyanın ən varlı 3-cü şəxsi ilə görüşdü – 130 MİLYARD DOLLAR - BEZOSDAN VARLIDIR 

İlham Əliyev dünyanın ən varlı 3-cü şəxsi ilə görüşdü – 130 MİLYARD DOLLAR - BEZOSDAN VARLIDIR Azərbaycan prezidenti İlham Əliyev İsveçrədə Davos İqtisadi Forumu çərçivəsində dünya biznesinin təmsilçiləri ilə kontaktlarını davam etdirir. 
FED.az xəbər verir ki, yanvarın 19-da dövlət başçısı Davosda Hindistanın "Adani Group" şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşüb.
Görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təşəbbüskarı və əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğu vurğulandı, bu xüsusda əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.
Qautam Adani şirkətin Hindistanda və dünyanın müxtəlif bölgələrində limanların idarə edilməsi, nəqliyyat və daşıma sahələrində geniş təcrübəyə malik olduğunu, dünyanın bir sıra ölkələrində bu sahələrdə birbaşa investisiyalarla çıxış etdiyini bildirdi.
Söhbət zamanı Azərbaycanın birbaşa xarici investisiyalar üçün cəlbedici olması, ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, görüşdə prezidentin iqtisadi məsələlər, innovasiyalar və xarici siyasət məsələləri üzərə köməkçiləri - Natiq Əmirov, Şahmar Mövsümov, Hikmət Hacıyev, eləcə də, iqtisadiyyat naziri Mikayıl Cabbarov  da iştirak edib. 
Görüşdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi və gələcək əməkdaşlıq üzrə daha təfərrüatlı müzakirələrin aparılmasına dair razılığa gəlindi.
Qeyd edək ki, Gautam Adani hazırda dünyanın ən varlı adamlarından biri, Forbesin siyahsına əsasən 3-cü ən varlı şəxsi sayılır. Onun 130 milyard dollar sərvəti var, hərçənd elə bu gün Qautam Adaninin sərvəti 4,4 milyard dollar azalıb.
Adani varlıların bu siyahısında yalnız kosmetika və aksessuarlar kralı, fransalı iş adamı Bernard Arno (208 milyard) və "Tesla"nın sahibi İlon Maskdan (150 milyard dollar) geri qalır. 
Əvəzində o "Amazon" sahibi Ceff Bezosu (119 milyard dollar) və məşhur investor Uorren Baffet (107 milyard dollar) kimi şəxsləri qabaqlayır. 
Maraqlıdır ki, Adani bu sərvəti son bir neçə ildə qazanıb. 2 il əvvəl onun xalis sərvəti 10 milyard dollar idi, indi isə dünyanın üçüncü ən varlı adamıdır. 
Təkcə son bir il ərzində, hansı ki, "Forbes"in bütün milyarderləri böyük məbləğlər itiriblər, Gautam Adani sərvətinə 66 milyard dollar əlavə edib. 
Adani qaz, enerji, limanlar və bir sıra digər sektorlarda silahları olan Hindistan çoxmillətli konqlomeratı olan Adani Group-un sədri və təsisçisidir.
Onun bir çox biznesi tez-tez Hindistanın hazırkı administrasiyasının prioritetləri ilə üst-üstə düşür, investorların etibarını cəlb edir və sıx siyasi əlaqələrə gətirib çıxarır.
Kömür, qaz və neft üzrə qiymətlərin artması da onun reytinqdə yüksəlməsinə kömək edib.
Onun şirkətlərindən bəziləri Bloomberg-ə görə olduqca yüksək qiymət-qazanc nisbətlərinə malikdir. Məsələn, "Adani Green Energy Ltd." və "Adani Total Gas Ltd"-nin hər ikisinin P/E nisbəti ~750 təşkil edir. Müqayisə üçün bildirək ki, "Tesla" və "Amazon"da bu göstərici təqribən 100-dür.
Tənqidçilər Adaninin genişlənməsinin çox risk və borcla başa gəldiyini bildirir. Lakin Adani Group illər ərzində borcunu yaxşılaşdırdığını iddia edir. 
Analitiklər hesab edir ki, işlər belə getsə gələcəkdə Adani İlon Maskı da geridə qoyacaq. 

Biznes     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı


iqtisadi xeberler dollar manat kursu bu gunun xeberleri emlak xeberleri bitcoin