İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul etdi - YENİLƏNİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
KONKRET.az-ın xəbərinə görə, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
– Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox faydalı və xoş olacaq. Əvvəlki görüşümüzü xatırlayıram. Vaxt sürətlə keçir. Azərbaycana sizin səfərinizdən dörd il keçir. Lakin bu müddətdə parlamentlərarası əlaqələr sürətlə inkişaf edib. Dövlət Duması ilə də, Federasiya Şurası ilə də həm rəhbərlik səviyyəsində, həm də deputatlar səviyyəsində daim əlaqə saxlamışıq. Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir və bu münasibətlər çox müsbət dinamikaya malikdir. Əlbəttə, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər də dinamizmin saxlanmasına şərait yaradır. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyinə fikir versək, o, kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. Əməkdaşlığımızın o qədər də fəal olmadığı sahələri göstərmək daha asan olar. Ona görə ki, həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük. Əsas məsələ nəticəyə hədəflənməkdir. Çünki razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir. Ona görə biz burada yalnız müsbət nəticə olduğunu deyə bilərik. Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq.
Bilavasitə sizin sahəyə gəldikdə isə deməliyəm ki, biz həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrin davam etdirilməsi niyyətindəyik. Siz öz həmkarınızla görüşəcəksiniz. Fikrimcə, siz də gündəliyi ətraflı nəzərdən keçirəcəksiniz. Bir sözlə, danışmalı məsələlər çoxdur. Ona görə ki, gündəlik həqiqətən çox zəngin və nəticəvidir. Məncə, bizim diqqəti cəmləşdirdiyimiz bu əsas istiqamətlər ikitərəfli münasibətin müsbət dinamikasını göstərir.
Bir daha xoş gəlmisiniz. Səfəriniz qısa olsa da, məncə, çox səmərəli olacaq.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib: Sağ olun, hörmətli cənab Prezident. İlk növbədə, təşəkkürümü bildirmək istəyirəm ki, Siz fasiləsiz iş qrafikinizdə bizimlə görüşməyə imkan tapmısınız. Sizə bizim Prezident Vladimir Vladimiroviç Putinin ən xoş sözlərini və dostluq salamlarını çatdırmaqdan başlamaq istəyirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Vyaçeslav Volodin: Münasibətlərimiz çox cəhətdən Sizin və bizim Prezidentimizin sayəsində inkişaf edir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanıb. Bu, həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir. Buna görə parlamentlərarası əlaqələri inkişaf etdirməyimiz son dərəcə vacibdir. Biz bu barədə danışmışıq. İş elə gətirib ki, pandemiya həqiqətən planlarımızda dəyişiklik edib. Parlamentlərarası qarşılıqlı fəaliyyət barədə danışmalı olsaq, hər halda bu fəaliyyətin əsasını görüşlər, dialoq, kommunikasiya təşkil edir. Əlbəttə, bütün bunlar videokonfrans rabitə rejimində həyata keçirilib. Bu format əsas olub. Lakin bilavasitə söhbət olmasa, münasibətlərin videokonfrans rabitə rejimində olduğu kimi inkişafı barədə danışmaq çətindir. Buna görə pandemiya ilə bağlı vəziyyət yüngülləşməyə başlayan kimi biz bundan istifadə etdik, həmkarlarımızla razılığa gəldik ki, hökmən görüşək və münasibətlərimizin inkişafı məsələlərini müzakirə edək. Ona görə ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentləri tərəfindən imzalanmış Bəyannamədə xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələrimiz inkişaf etdirilməlidir. Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək.
x x x
Dövlət başçısı Rusiya Federasiyasının Prezidentinin xoş sözlərinə və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.
***
12:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərlər     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı


iqtisadi xeberler iqtisadiyyat xeberleri en son xeberler investisiya depozit faizleri